Fəzail Feyruz oğlu İbrahimli (12 aprel 1951, Çanaxbulaq, Yardımlı rayonu) — Azərbaycan tarixçisi, dövlət xadimi, Azərbaycan Milli Məclisinin deputatı və sədr müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini (1992), professor.
| Fəzail İbrahimli | |
|---|---|
Vəzifədədir | |
| 10 mart 2020-ci ildən | |
| Sədr | Sahibə Qafarova |
| Əvvəlki | Bahar Muradova |
Vəzifədədir | |
| 2006-cı ildən | |
| Seçki dairəsi | 2006, 2010, 2015, 2020 — 69 saylı Cəlilabad-Masallı-Biləsuvar |
| 24 noyabr 2000 – 2 dekabr 2005 | |
| Seçki dairəsi | 2000 — Proporsional |
Vəzifədədir | |
| 14 fevral 2021-ci ildən | |
| Sədr | Sabir Rüstəmxanlı |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| 1992 – 14 fevral 2021 | |
| Sədr | Sabir Rüstəmxanlı |
| Sonrakı | Vəzifə ləğv edildi. |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 12 aprel 1951 (74 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Həyatı
Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1969–1973-cü illərdə Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Ardınca, təyinatla Yardımlıya göndərilmiş, 1973–1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləmişdir. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.
Siyasi fəaliyyəti
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2000, 2006 (təkrar), 2010, 2015 və 2020-ci illərdə keçirilən parlamant seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilib və 2006-cı ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. Hazırda VHP Siyasi Şurasının üzvü və partiya sədrinin birinci (İdeoloji məsələlər) üzrə müavinidir.
2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Şəxsi həyatı
Ailəlidir, üç övladı var.[mənbə göstərilməlidir]
Mükafatları
12 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəzail İbrahimli haqqında məlumat. Fəzail İbrahimli nədir? Fəzail İbrahimli nə deməkdir?