Fəxrəddin Kərimov (21 iyun 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycanın xalq artisti (2015), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən).
| Fəxrəddin Kərimov | |
|---|---|
![]() | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 21 iyun 1954 (71 yaş) |
| Doğum yeri | |
| Həyat yoldaşı | Yuliya Kərimova |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | dirijor |
| Mükafatları | |
Həyatı
Dirijor Fəxrəddin Kərimov 1954-cü ildə anadan olmuşdur. Bülbül adına orta ixtisas məktəbini bitirdikdən sonra 1973–1978-ci illərdə P. İ. Çaykovski ad. Moskva Dövlət Konservatoriyasında violino sinfi üzrə təhsil alib. 1982–1988-ci illərdə H. A. Rimski-Korsakov ad. Leninqrad (Sankt-Peterburq) Dövlət konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın xalq artistləri V. Gergiyev və prof. İ. Musinin sinfində oxuyub. 1989–1991-ci illərdə Kirov ad. opera və balet teatrinda (Mariinski teatr) təcrübəçi-dirijor olub (rəhbər — V. Gergiyev). 1991–2001-ci illərdə İstanbulun Memar Sinan ad. Universiteti nəzdində Dövlət Konservatoriyası simfonik orkestrinin dirijoru kimi çalışıb. 1995-ci ilde İstanbul şəhəri Bələdiyyəsi rəhbərliyinin dəvəti ilə C. R. Rey adına konsert zalı nəzdində opera və simfonik orkestri yaradaraq 1995–1999-cu illərdə həmin kollektivə rəhbərlik edib. 2000-ci ildə İzmir Dövlət opera və balet teatrı tərəfindən S. Prokofyevin "Romeo və Culyetta" baletinə musiqi rəhbəri qisminde dəvət alan F. Kərimov 2001–2004-cü illərdə bu teatrda baş dirijor vəzifəsində çalişıb. Qastrol marşrutları Almaniya, Polşa, Ruminiya, Rusiya, Belarus, Turkiyənin bir çox şəhərlərindən keçir. Bir çox festivalların — "Belıye noçi" (1996,Sankt-Peterburq), I Beynəlxalq türk musiqisi festivalı (1999), K. Silvestri adina beynelxalq festival (2000,Rumıniya), "İ. Arxipova və V. Pyavko devət edirlər…"(2004,Yakutsk) və s. iştirakçısı olub. 2004-cü ildən Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Baki Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının dosentidir. 30 dekabr 2015 tarixində Azərbaycan xalq artisti adına layiq görülmüşdür.
9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəxrəddin Kərimov haqqında məlumat. Fəxrəddin Kərimov nədir? Fəxrəddin Kərimov nə deməkdir?
