Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı modelyer və dizaynerdir. O, milli geyimlərin müasir üslubda yenidən dizayn edilməsi və Azərbaycan mədəniyyətini geyim

Fəxriyyə Xələfova

  • Ana Səhifə
  • Vikipediya
  • Fəxriyyə Xələfova

Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı modelyer və dizaynerdir. O, milli geyimlərin müasir üslubda yenidən dizayn edilməsi və Azərbaycan mədəniyyətini geyimlər vasitəsilə təbliğ etməsi ilə tanınır. Fəxriyyə Xələfova həmçinin parfümeriya sahəsində də fəaliyyət göstərib və öz adına xüsusi ətir kolleksiyaları yaradıb. Onun yaradıcılığına xas xüsusiyyətlər arasında milli ornamentlər, naxışlar və qədim Azərbaycan geyimlərinin müasir interpretasiyası xüsusi yer tutur.

Fəxriyə Xələfova
Fəxriyə Rafiq qızı Xələfova
Digər adı Fakhriya Khalafova
Doğum tarixi 31 dekabr 1969 (56 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Rafiq Xələfov
Anası Rəfiqə Əliyeva
Milliyyəti Azərbaycanlı
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti Rəssam - modelyer, parfümer, pedaqoq
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20062006 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20232023
FakhriyaKhalafova.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dizayner kimi bir çox yerli və beynəlxalq tədbirlərdə iştirak edib və Azərbaycan mədəni irsinin dünyada tanıdılmasına töhfə verib., əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi.

Mündəricat

Həyatı

Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Qarabağın məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985–1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997).

1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur. Beynəlxalq müsabiqələrdə diplom və mükafatlara layiq görülmüşdür. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. 2015-ci ildə dosent elmi dərəcəsi verilmişdir. Hal-hazırda "Fakhriya Khalafova" Moda və dizayn mərkəzinin rəhbəridir.

Atası Rafiq Rəsul oglu Xələfov (1939–1998) 1979–1989-cu illərdə Azərbaycan SSR-in Avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur. Anası Əliyeva Rəfiqə Əlirza qızı kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi. Qardaşı Rauf Xələfov Dövlət Təhlükəsizliyi Xidmətinin general mayorudur. Bacısı Sevinc Hacıyeva (1966-cı il) 1995–2004-cü ilə kimi BDU nun kimya fakültəsində dosent vəzifəsində çalışıb. Bakı Dövlət Universitetinin professoru, kimya elmləri doktorudur. 2004-cü ildən "Ekoloji kimya" kafedrasının müdiridir. 200-dən çox elmi əsərin müəllifidir. Fəxriyə Xələfovanın 1993-cü il təvəllüdlü Məhəmməd adında oğlu var.

2017-ci ilin dekabrın 5-də Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Ermitajının direktoru Mixayil Piotrovski ilə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dossenti Fəxriyə Xələfova arasında, dizaynerin kolleksiyasına məxsus 3 libasın Ermitaj muzeyinin kostyum qalereyasının fonduna keçməsi barəsində saziş imzalanıb.

2018-ci ildə Özbəkistan Respublikasına "Asiya, Afrika və Avropa ölkələri arasında Miss union fashion 2018" tədbiri çərçivəsində səfəri zamanı Özbəkistan Dövlət Tətbiqi İncəsənət Muzeyinə və Özbəkistan Dövlət Muzeyinə şəxsi kolleksiyasından olan özbəkistan ipəyindən hazırlanmış libasları hədiyyə etmişdir.

Yaradıcılığı

Fransanın paytaxtı Paris şəhərində mövsümün ən parlaq hadisəsi olan "Ethical Fashion Show — 2007" [ölü keçid] moda tədbirində Azərbaycanı ilk dəfə Fəxriyə Xələfova təmsil etmişdir.

Moda nümayişləri

  • Rusiyada Azərbaycan mədəniyyəti günləri — "Sirr" kolleksiyası, 1999-cu il, "Ladies of Azerbaijan" kolleksiyası – 2003-cü il.
  • I və III beynəlxalq müsabiqə — "Müasir milli geyim dəstinin yüksək modası" 2000-ci il, Qazaxıstan, Alma-Ata
  • "Neft ilahəsi" kolleksiyası, 2002-ci il, Belarus, Minsk "Ümid ritmləri" kolleksiyası −2002-ci il.
  • "EXPO 2000" Beynəlxalq sərgisi, Hanover, Almaniya.
  • "Avropa xətti" II beynəlxalq reklam festivalı, Minsk, Belarus, Fotolayihə, 2003-cü il.
  • Kiyev beynəlxalq reklam festivalı, Ukrayna, Fotolayihə, 2004-cü il.
  • "Moskvada moda həftəsi" adlı Birinci beynəlxalq tədbir, "Misilsiz dəbdəbə" kolleksiyası, Rusiya, 2004-cü il..
  • Baltic Fashion Week, Riqa, Latviya, 2005-ci il.
  • "EXPO 2005" Beynəlxalq sərgisi, Yaponiya.
  • 2005-ci ildə Misir Ərəb Respublikasında Azərbaycan Mədəniyyəti Günlərində iştirakı.
  • "Almata moda həftəsi 2006" adlı Beynəlxalq tədbir, Kazaxstan, 2006-cı il.
  • "İstanbul Moda Həftəsi. Türkiyə — 2007".
  • "Milli geyimdə yüksək moda". VIII Beynəlxalq müsabiqə. 2007, Rusiya, Moskva. "Cazibə" kolleksiyası
  • "ETHICAL FASHION SHOW — 2007" – Paris, Fransa. ""new glamour" kolleksiyası.
  • "Fashion planet-2009" beynəlxalq sərgi. Monako Krallığı.
  • "Georgian Fashion Week", Tbilisi, Gürcüstan, 2011-ci il. "Caspian Rose" kolleksiyası.
  • II Beynəlxalq Avrasiya " İpək yolu" festivalı, Çin 2013-cü il "İpəyin Renisansı Kolleksiyası"
  • "Labo Etnik", 2014. Paris, Fransa.
  • "Oriental Fashion Show", 2014. Paris, Fransa.
  • "Fashion For Europe". Vyana, Avstriya — 2015
  • "Caspian fashion week". Həştərxan, Rusiya — 2015
  • "Baku Fashion Night" Moda Həftəsi. Bakı, Azərbaycan — 2015.
  • "Fashion For Europe". Vyana, Avstriya — 2016.
  • "Oriental Fashion Show", 2014. Paris, Fransa.
  • "Oriental FASHION SHOW 2017" "İncə Cazibə" kolleksiyası. Paris, Fransa — 2017

Mükafatlar

  • 29 dekabr 2006-cı ildə Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
  • 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fəxriyyə xələfova sözünün mənası, fəxriyyə xələfova haqqında məlumat. fəxriyyə xələfova nədir? fəxriyyə xələfova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məsumiyyət muzeyi

  • Fevral 27, 2026

    Mamırlar

  • Fevral 27, 2026

    1981-ci il

  • Fevral 25, 2026

    Totalitarizm

  • Mart 04, 2026

    Orta Qışlaq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst