Fərş (ərəbcə: فرش) — Azərbaycan əhalisinin arasında xalçaya deyilir. Ərəbcədən tutulmuş və farscaya daxil olunmuş. Məsələn: Otağa fərş salmaq. Fərşin üstündə oturmaq. - Əvvəlimci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə səqfi münəqqəş olmuşdu. M.F.Axundzadə. Hücrənin fərşi ibarətdi bir palazdan. C.Məmmədquluzadə. // Ümumiyyətlə, yerə döşənən hər cür şey. Təbiət bir bəzəkli-düzəkli gəlinə oxşayır, yaşıl zəmilər, əkin göyləri yerə sərilmiş mərmər fərşlərə bənzəyir. E.Sultanov.
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fərş haqqında məlumat. Fərş nədir? Fərş nə deməkdir?
