Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fərman Hüseynov 16 yanvar 1962-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1979-cu ildə Həsənabad qəsəbə orta məktəbini bitirib. 1983-cü ildə

Fərman Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Fərman Hüseynov

Fərman Hüseynov (16 yanvar 1962, Həsənabad, Neftçala rayonu) — azərbaycanlı siyasi-ictimai xadim.

Fərman Hüseynov
Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı
3 iyul 1992 – 1993
ƏvvəlkiŞamil Hüseynov
SonrakıSeyfəddin Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1962(1962-01-16) (64 yaş)
Doğum yeri
  • Həsənabad, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Vətəndaş Həmrəyliyi Partiyası (2020),
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2007),
  • Azərbaycan Xalq Cəbhəsi (1989–1995)

Mündəricat

Həyatı

Fərman Hüseynov 16 yanvar 1962-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1979-cu ildə Həsənabad qəsəbə orta məktəbini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino" fakültəsini bitirib 1983–1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrına aktyor vəzifəsində işləyib. 1983–1985-ci illərdə keçmiş SSRİ-nin Sverdlovsk vilayətində hərbi xidmətdə olub.

1985–1992-ci illərdə Neftçala rayon Mədəniyyət şöbəsində rayon Mədəniyyət Evinin müdiri, metodisti, Tarix Diyarşünaslıq muzeyində baş elmi işçi, Qızlar Kollecində müəllim işləyib. 1992-ci ildə Azərbaycan Politoloqiya İnstitutunun "Dövlətçilik" fakültəsinə daxil olub, milli hakimiyyət devriləndən sonra fakültənin ləğv edilməsi səbəbindən təhsili yarımçıq qalıb.

1990-cı ilin 25 yanvarında Bakıda yanvar qırğınını törədən sovet hərbi birləşmələrinin Neftçalada həyata keçirdikləri cinayət nəticəsində ağır güllə yarası aldığı üçün III qrup əlildir.

Siyasi fəaliyyəti

Fərman Hüseynov 1990-cı illərin əvvəlində Neftçalada milli hərəkatın lideri olmuş, Azərbaycan Xalq Cəbhəsinin Neftçala Rayon Şöbəsinin ilk sədri seçilmişdir. 1990-cı ilin ortalarında rayonda ilk müstəqil mətbuat orqanı olan "Əqidə" qəzetini təsis edib.

1992–1993-cü illərdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı işləyib.

"20 yanvar" İctimai Birliyi Neftçala rayon şöbəsinin sədridir. 1989-1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü, 1989-1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Neftçala Rayon Şöbəsinin, 1995-2007-ci illərdə isə Azərbaycan Xalq Cəbhəsi Partiyası Neftçala Rayon Şöbəsinin sədri olmuşdur. 2007-ci ildə Fərman Hüseynov Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından istefa verərək Vətəndaş Həmrəyliyi Partiyasına üzv olmuşdur.

Seçkilərdə

Fərman Hüseynov 1999-cu il bələdiyyə seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq Neftçala Şəhər Bələdiyyəsinin üzvü seçilmişdir.

Fərman Hüseynovun 2000-ci ildə AXCP tərəfindən, 2005-ci ildə isə Azadlıq Blokunun vahid namizədi olaraq Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüşdür.

Müəyyən dövrlərdə Neftçala Bələdiyyəsində hüquq şöbəsinin müdiri, Rayon Təhsil Şöbəsində filmotekanın metodisti və Mədəniyyət şöbəsində müxtəlif məsul vəzifələrdə işləmişdir.

2020-ci ildən VHP-nin Neftçala rayon təşkilatının sədr əvəzi və 61 saylı Neftçala seçki dairəsinin deputatı Sabir Rüstəmxanlının deputat köməkçisidir və halhazırda da 70 saylı Neftçala seçki dairəsinin deputatı Tənzilə Rüstəmxanlının köməkçisidir.

Mükafatları

1993-cü ildə ölkə prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uyğunda xidmətlərinə görə "Azadlıq Uğrunda Mübariz" fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fərman hüseynov sözünün mənası, fərman hüseynov haqqında məlumat. fərman hüseynov nədir? fərman hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İrəvan qəzası

  • Fevral 27, 2026

    Nelumbonaceae

  • Fevral 27, 2026

    Kompüter oyunu

  • Mart 02, 2026

    E.ə. 513

  • Fevral 27, 2026

    İttiham

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst