Məlikova Fəridə İsmayıl qızı (7 dekabr 1967, Sumqayıt) — kamança ustası.
| Fəridə Məlikova | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 7 dekabr 1967 (58 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | musiqiçi |
| Mükafatları | |
Həyatı
Fəridə Məlikova 7 dekabr 1967-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya gəlib. 1975-ci ildə orta məktəbin I sinfinə, eləcə 2 saylı incəsənət məktəbinə daxil olub. 1983-cü ildə S. Hacıbəyov adına musiqi texnikumuna daxil olub və 1987-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Respublika musiqi ifaçıları müsabiqəsinin I dərəcəli, 1986-cı ildə Ü. Hacıbəyov adına birinci Respublikalararası müsabiqənin II dərəcli qalibi olub. 1987–1992-ci illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Ü. Hacıbəyov təqaüdçüsü kimi təhsil alaraq fərqlənmə diplomu ilə bu təhsil ocağını bitirib. 1988-ci ildə ilk dəfə qadın üçlüyündə respublikanın xalq artisti Gülyaz Məmmədovanı müşayət edib və qadın üçlüyünün ilk təəssübkeşlərindən olub.
Mükafatları
15 sentyabr 2011-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Əməkdar Artist fəxri adına layiq görülüb
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəridə Məlikova haqqında məlumat. Fəridə Məlikova nədir? Fəridə Məlikova nə deməkdir?