Fərat vulkanı (ərəb. بُرْكَان الْفُرَات, Burkan əl-Furat) — Suriyada vətəndaş müharibəsi zamanı qurulan birgə əməliyyat otağı və koalisiya. Əsasən Suriya kürdlərinin Xalq Müdafiə Birlikləri (XMB) və Azad Suriya Ordusunun (ASO) müəyyən fraksiyalarından ibarət olmuşdur. Qrup İraq və Şam İslam Dövlətini Hələb və Rəqqə mühafəzələrindən çıxarmaq üçün mübarizə aparmışdır. 2015-ci ilin oktyabrında Vaşinqtonda yerləşən "Institute for the Study of War" qurumu "Fərat vulkanı"nı Hələb mühafəzəsindəki "güc vasitəçilərindən" biri hesab etmiş, ilk növbədə "İŞİD-ə qarşı" olduğunu, lakin mütləq "rejim əleyhdarı" olmadığını əlavə etmişdir.
| Fərat vulkanı | |
|---|---|
| Yaranma tarixi | 12 sentyabr 2014 |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fərat vulkanı haqqında məlumat. Fərat vulkanı nədir? Fərat vulkanı nə deməkdir?