Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Füzuli Musayev İsa oğlu (Gəncə) — Azərbaycan Karate Federasiyasının vitse-prezidenti , karate üzrə 8-ci dan qara kəmər sahibi , Tərəqqi medallı , Azərbaycan Res

Füzuli Musayev

  • Ana Səhifə
  • Vikipediya
  • Füzuli Musayev

Füzuli Musayev İsa oğlu (Gəncə) — Azərbaycan Karate Federasiyasının vitse-prezidenti , karate üzrə 8-ci dan qara kəmər sahibi , Tərəqqi medallı , Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, Əməkdar İdman Ustası, həmçinin karate üzrə dünya və Avropa çempionu.

Füzuli Musayev
Füzuli Musayev İsa oğlu
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi 1 fevral 1962 (64 yaş)
Doğum yeri
  • Gəncə
Təhsili
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası
İdman növü Karate
Məşqçisi Azad Kazımov
İdman dərəcəsi karate üzrə VIII dan qara kəmər sahibi
Bacarıqları musiqi, bəstəkar
Medallar
Dünya Çempionatı
Gümüş 1994 Yokohama— komanda kumite
Gümüş 1995 Meksika— komanda kumite
Qızıl 1995 İtaliya— mütləq çəki
Qızıl 1997 Sidney— mütləq çəki
Avropa Çempionatı
Qızıl 1992 BelqradKumite — 80 kq
Dövlət təltifləri
"Tərəqqi" medalı "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı  

Həyatı

Füzuli İsa oğlu Musayev 1 fevral 1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

O, 1979-cu ildə orta məktəbi bitirmiş, 1980-1982-ci illərdə Rusiyanın Arxengelsk vilayətinin Mirnıy şəhərində hərbi qulluq etmişdir. Əsgərliyi dövründə idmana böyük marağı olan Füzuli Musayev idmanda ilk addımlarını atmağa başlamışdır. Əsgərliyini bitirdikdən sonra 1983-cü ildən 1986-cı ilə qədər Bakı şəhərində “Lenin” adına maşınqayırma zavodunda müxtəlif sahələrdə çalışmışdır. Çalışdığı müddətdə Füzuli Musayev 1983-cü ildə Burovestinq cəmiyyətində Azad Kazımovun rəhbərliyi altında karate idman növü ilə məşğul olmuşdur. 1986-cı ildən Gəncə polis orqanına daxil olmuş, 1989-cu ildə Azərbaycan Texnologiya Universitetinin Əmtəəşünaslıq fakültəsində 3-cü kursa qədər qiyabi təhsil  almış, 1992-1997-ci illər ərzində isə Polis Akademiyasında təhsilini davam etdirmişdir. Dəfələrlə Azərbaycan çempionu adına ıayiq görülmüş, 1990-cı ildə Rusiyanın Perm şəhərində güc strukturları arasında keçirilən əlbəyaxa döyüş növü üzrə  SSRİ çempionatında gümüş medala, 1991-ci ildə Rusiyanın Nijnıy-Novqorod şəhərində keçirilən güc strukturları arasında əlbəyaxa döyüş növü üzrə SSRİ çempionatında isə çempion olaraq qızıl medalla təltif olunmuşdur.

1991-ci ildə əlbəyaxa döyüş növü üzrə SSRİ idman ustası adına layiq görülmüş və həmin ildə Yuqoslaviyada klublararası Avropa çempionatında şəxsi hesabda bürünc medal, komanda hesabında ikinci yerin sahibi olmuşdur.

1992-ci ildə Yuqoslaviyanın Qornıy-Milanovaç şəhərində Fudokan karate üzrə Avropa çempionatında şəxsi hesabda 2-ci yer, komanda hesabında isə Avropa çempionu olmuşdur.

1994-cü ildə Yaponiyanın Yokohama şəhərində keçirilən şotokan karate-do üzrə dünya çemionatında komanda üzrə gümüş medal qazanıb.

1995-ci ildə Meksikanın Mexiko şəhərində keçirilən şotokan karate-do üzrə Dünya çempionatında şəxsi hesabda Dünya çempionu, komanda hesabında isə 2-ci yerə layiq görülmüşdür.

1997-ci ildə Avstraliyanın Qold-Kost şəhərində keçirilən Kosiki kontakt karate üzrə dünya çempionatında 2-ci dəfə Dünya çempionu adına layiq görülmüşdür. Bu yarışda Füzuli Musayev yüksək texnikalı döyüşçü seçildiyindən fəxri kubokla təltif edilmişdir.

Füzuli Musayev taekvondo üzrə 6-cı dan qara kəmərin sahibidir. O, 2005-ci ildən 2012-ci ilə qədər Avropa Taekvondo Fedrasiyasının vitse-prezidenti, 2009-cu ildə Dünya Taekvondo Federasiyasının idarə heyətinin üzvü seçilmiş, 2010-2012-ci illərdə isə Azərbaycan Taekvondo Federasiyasının  1-ci vitse-prezidenti vəzifəsində çalışmışdır.

Dəfələrlə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olmuş, dünya və Avropa çempionu adına layiq görülmüşdür.

Əlbəyaxa döyüş növü üzrə SSRİ idman ustası, Beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi və idman ustası, 2005-ci ildə Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına layiq görülərək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə 2015-ci ildə fəxri diplomu və 2021-ci ildə isə tərəqqi medalı ilə  təltif edilmişdir.

Azərbaycanda ilk Budokan Şərq döyüş növləri mərkəzinin yaradıcısıdır. İdman sahəsində sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə “Qızıl buta” Milli mükafatına və fəxri diplomuna layiq görülmüşdür.

Füzuli Musayev karate üzrə 8-ci dan qara kəmər sahibi, Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir. O, 2007-ci ildən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi, polkovnik vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Dövlət təltifləri

  • "Tərəqqi" medalı — Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Füzuli Musayev İsa oğlu "Tərəqqi" medalı ilə təltif olundu.
  • Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi — Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Füzuli Musayev İsa oğlu Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi ilə təltif olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, füzuli musayev sözünün mənası, füzuli musayev haqqında məlumat. füzuli musayev nədir? füzuli musayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Hu Cintao

  • Mart 06, 2026

    İnsan (dram)

  • Mart 06, 2026

    Şahmat fiqurları

  • Mart 06, 2026

    Hook.

  • Fevral 27, 2026

    Bəşir Hacıyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst