Fürerçilik və ya fürer prinsipi (alm. Führerprinzip) — Nasist Almaniyasının siyasi sisteminin bir növ qeyri-rəsmi əsas prinsipi. Burada fürerin sözü bütün yazılı qanunlardan üstündür. Dövlət siyasəti, qərarlar və bürokratiya bu prinsipə əməl etməlidir.

Real siyasi istifadədə fürerçilik vojdizmdir və əsasən hər hansı bir diktatura praktikasına, o cümlədən demək olar ki, hər hansı bir siyasi partiyanın sıralarına aid edilir və müvafiq olaraq, siyasi faşizmin bütün əlamətlərinə malikdir. Məsələn, nasist təbliğatı Adolf Hitlerin şəxsiyyətinə pərəstişkarlığı "komitələrin, bürokratların və parlamentlərin çətinliklərinə qalib gələn yeganə qəhrəman lider" kimi geniş şəkildə ucaltmışdır. Eyni şeyi Mussolininin böyüklüyünü tərifləyən İtaliya təbliğatı və SSRİ-də Stalinin şəxsiyyətinə pərəstişin aşılanması ilə məşğul olan sovet təbliğatı etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fürerçilik haqqında məlumat. Fürerçilik nədir? Fürerçilik nə deməkdir?