Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fuad Feyzulla oğlu Qasımzadə (22 oktyabr 1929, Bakı – 3 avqust 2010, Bakı) — Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.

Fuad Qasımzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Fuad Qasımzadə

Fuad Feyzulla oğlu Qasımzadə (22 oktyabr 1929, Bakı – 3 avqust 2010, Bakı) — Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.

Fuad Qasımzadə
Doğum tarixi 22 oktyabr 1929(1929-10-22)
Doğum yeri
  • Bakı, Bakı dairəsi, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 3 avqust 2010(2010-08-03) (80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Atası Feyzulla Qasımzadə
Mükafatları "İstiqlal" ordeni — 2009 "Şöhrət" ordeni — 2000

Həyatı

Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildə Bakı şəhərinin 4 saylı məktəbinə daxil olmuş, 1947-ci ildə Bakının 1 saylı oğlan orta məktəbini bitirmişdir. O dövrdə məktəbi bitirənlər may-iyun ayında 40 gün ərzində 14 fəndən imtahan verirdilər. Gənc Fuad bütün fənlərdən əla qiymət almışdır.

1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmiş və 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il universitet Elmi Şurasının qərarı ilə fəlsəfə ixtisası üzrə aspiranturada saxlanılmışdır.

Aspirantlığının ikinci ilində dissertasiyasını müdafiəyə təqdim etmişdir. 60 il ərzində o Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.

1966-cı ildə o "Füzulinin dünyagörüşü" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə isə eyniadlı monoqrafiyası çap olunmuşdur.

1968-ci ildə "Qəm karvanı", yaxud "Zülmətdə nur" monoqrafiyası çap edilmişdir. Sonrakı illərdə onun Füzuli haqqında 20-dən çox elmi məqaləsi işıq üzü görmüşdür.

1970-ci ildə Fuad Qasımzadənin "İdman, gözəllik və estetika" adlı əsəri çap edilmişdir.

Fuad Qasımzadə 1989-cu ildə AMEA-nın müxbir üzvü və 2001-ci ildə həqiqi üzvü seçilmişdir. Akademik Fuad Qasımzadə uzun müddət Bakı Dövlət Universitetində müdafiə şuralarının üzvü və sədri kimi fəaliyyət göstərmişdir. Çox sayda aspirant və dissertantların elmi rəhbəri kimi onların alimlik dərəcəsi almasına yardımçı olmuşdur. F. Qasımzadə BDU-nun texniki fakültələr üzrə fəlsəfə kafedrasının müdiri olmuşdur.

F. Qasımzadə elmi yaradıcılığı dövründə 30 kitabın və 500-dən çox elmi məqalə çap etdirmişdir. F. Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.

Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti daim yüksək qiymətləndirilmiş, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir

3 avqust 2010-cu ildə Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat etmişdir. Fuad Qasımzadə Bakıda II Fəxri Xiyabanda dəfn edilmişdir.

  • Feyzulla Qasımzadənin oğludur

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fuad qasımzadə sözünün mənası, fuad qasımzadə haqqında məlumat. fuad qasımzadə nədir? fuad qasımzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kapella (memarlıq)

  • Fevral 27, 2026

    Saturn V

  • Fevral 27, 2026

    Gürgan (İran)

  • Fevral 27, 2026

    Fransisko

  • Mart 01, 2026

    Aiouea

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst