Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fuad Əmircan (1911, Nuxa – 8 may 1995, Bonn, Şimali Reyn-Vestfaliya) — Azərbaycan legionerlərindən biri.

Fuad Əmircan

  • Ana Səhifə
  • Vikipediya
  • Fuad Əmircan

Fuad Əmircan (1911, Nuxa – 8 may 1995, Bonn, Şimali Reyn-Vestfaliya) — Azərbaycan legionerlərindən biri.

Fuad Əmircan
Doğum tarixi 1911(1911)
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 8 may 1995(1995-05-08) (83–84 yaşında)
Vəfat yeri
  • Bonn, Köln[d], Şimali Reyn-Vestfaliya, Almaniya Federativ Respublikası
Dəfn yeri
  • Feriköy məzarlığı
Atası Əbdüləli bəy Əmircanov
Təhsili
  • Qalatasaray liseyi
Fəaliyyəti diplomat

Həyatı

Əmircan ailəsinin Feriköy qəbiristanlığındakı ailə məzarı

Fuad Əmircan 1911-ci ildə Şəkidə anadan olub. 1921-ci ildə Türkiyəyə mühacirət etdikdən sonra 1922-ci ildə İstanbulda, Qalatasaray Liseyinə daxil olub. Liseyi bitirdikdən sonra isə Parisdə Siyasi Elmlər İnstitutunu bitirib. Almaniyada hüquq təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb, bir neçə türk qəzetlərində icmalçı jurnalist kimi işləyib.

İlk dəfə 1934-cü ildə Vəlid Əbüziyanın “Zaman” qəzetində işləməyə başlayıb. Daha sonra Səlim Emeçin “Son Posta”, Ethem İzzət Benicenin “Gecə Postası”, Asım Usun “Xəbər”, Yunus Nadinin “Cümhuriyyət” qəzetində fəaliyyət göstərib. 1939-cu ildə Ziyad Əbüzziyanın “Təsviri-əfkar” qəzetində Salim Sabit imzası ilə sosial, siyasi yazılar qələmə alıb.

Prof. Dr Belma Emircanla ailə həyatı qurmuşdur. Bonnda vəfat etmişdir. Cənazəsi İstanbula gətirilib ailə qəbirstanlığına bastırılmışdır.

İstanbulda Qalatasaray məktəbini bitirdikdən sonra əvvəl Parisdə, sonra da Almaniyada təhsil alan F. Əmircan 1941-ci ildə "Təsviri-əfkar" qəzetinin müxbiri olaraq Almaniyada çalışır və elə burada Azərbaycan legionerləri ilə əlaqə saxlayır. F. Əmircanın fəallığı ilə Azərbaycan legionerlərinin "Azərbaycan", "Hücum" qəzetləri və "Milli Birlik" jurnalı nəşr edilir. F. Əmircan 1943-cü ildə Azərbaycan Milli Birlik Məclisi sədrinin müavini seçilir. 1943-cü ilin noyabr ayında Milli Azərbaycan Komitəsinin birinci qurultayında F. Əmircana böyük etimad göstərilir və o, Azərbaycan Milli Komitəsinə Başqan yardımçısı seçilir. İkinci Dünya hərbindən sonra Fuad Əmircan müxtəlif mətbu orqanlarda "Dəryal" təxəllüsü ilə məqalələrlə çıxış edir.

O, 1955–1961-ci illərdə Türkiyənin Almaniya səfirliyində mətbuat attaşesi, sonradan isə Ankarada Mətbuat İşləri Komitəsinin direktoru olaraq çalışıb. O, 1961–1974-cü illərdə "Amerikanın səsi" Radiosunun Türkiyə şöbəsinin direktoru işləyib. 1974-cü ildə Verner Hoferlə birgə onun "Dünyaya iki baxış" kitabı nəşr edilib. Onun yazılarında Azərbaycanı işğalda saxlayan Sovet rejimi kəskinliklə tənqid edilir.

Yaradıcılığı

Aprel işğalından sonra Zaqatalada işğala qarşı başlamış üsyan haqqında "İntiqam alan kölgə" hekayəsini yazıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fuad əmircan sözünün mənası, fuad əmircan haqqında məlumat. fuad əmircan nədir? fuad əmircan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kastilyalı İzabella

  • Mart 02, 2026

    Məhəmməd Mamağani

  • Fevral 25, 2026

    Şirəli Müslümov

  • Mart 06, 2026

    Fyodor Kopılov

  • Mart 06, 2026

    Rubikonu keçmək

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst