Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Françesko Talenti (it. Francesco Talenti, 1305, Florensiya - 1369, Florensiya) — XIV əsrin ortalarında Florensiyada yaşayıb-yaratmış italyan memar və heykəltəra

Françesko Talenti

  • Ana Səhifə
  • Vikipediya
  • Françesko Talenti

Françesko Talenti (it. Francesco Talenti, 1305, Florensiya - 1369, Florensiya) — XIV əsrin ortalarında Florensiyada yaşayıb-yaratmış italyan memar və heykəltəraş. Memar və heykəltəraş Simone Talentinin atası, həmçinin ehtimal ki, memar Yakopo Talentinin qardaşıdır.

Françesko Talenti
it. Francesco Talenti
Şəxsi məlumatlar
Doğum tarixi 1305
Doğum yeri Florensiya, Florensiya Respublikası
Vəfat tarixi 1369 (63–64 yaşında)
Vəfat yeri Florensiya, Florensiya Respublikası
İşləri və nailiyyətləri
Memarlıq üslubu Qotik memarlıq
Əsas tikililəri Florensiya kafedralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və yaradıcılığı

1305-ci ildə Florensiyada doğulmuş Françesko Talenti, ehtimal ki, gənclik illərində Andrea Pizano və Andrea Orkanyanın rəhbərliyi ilə Florensiyada qotik tikililərin inşasında daşyonan kimi iştirak etmişdir. Françesko Talentinin Orvietodakı kafedralın inşasında Lorenzo Maitaninin rəhbərliyi altında daşyonan kimi çalışmasını təsdiq edən 1325-ci ilə aid ödəniş çeki dövrümüzə çatmışdır.

1351-ci ildə Florensiyada Santa-Mariya-del-Fiore kafedral kilsəsinin inşasına rəhbər təyin edilən Françesko Talenti, ilk növbədə Cotto tərəfindən başlanılmış kampanila inşasını tamamlayır. Tikilinin mərtəbələrinin sayını artıran Talenti, onun hündürlüyünü layihədə planlaşdırıldığından daha yüksək edir və ümumilikdə qülləyə qotik memarlığa xas xüsusiyyətlər gətirir. 1351-1359-cu illərdə o, kampanillanın iki orta yarusunu inşa edərək, ona lansetvari pəncərələr və zəngin fasad dekorları əlavə edir. Qüllənin son yarusunu isə balüstrada üzərində qabağa çıxan qalereya ilə tamamlayır. Cottonun layihəsinin əksinə olaraq, Talenti qülləni sərt günbəzlə deyil, yastı damla tamamlayır.

1351-1369-cu illərdə Florensiya kafedralının memarı vəzifəsinə Andrea Pizanonu əvəz edən Françesko Talenti, kilsənin iki nefinin - Porta-dei-Kornakkini və Porta-del-PKampanile - çərçivə layihələrini hazırlayır. Kapella və xor pəncərələrinin inşası üçün, o, 1355-ci ildə kilsənin taxta modelini hazırlayır, iki il sonra isə tikilinin ölçü nəticələrini təqdim edir. Bu zaman kilsənin ilkin layihəsinə dəyişikliklər edən Françesko Talenti, onun ölçülərini əhəmiyyətli dərəcədə artırır və ilk dəfə kilsə günbəzinin inşası məsələsini gündəmə gətirir. 1358-ci ildə, Talenti kilsə nefinin sütunlarının modelini yaradır. 1368-ci ildə isə o, kilsənin yekun taxta modelini yaradır və sonrakı inşaat işləri məhz bu model əsasında aparılır. Talentinin layihəsi, Florensiya kafedralını o dövrdə, Avropanın ən böyük kilsəsinə çevirir, lakin, XVI əsrdə onun fasadı radikal dəyişikliklərə məruz qalır.

Ədəbiyyat

  • Boggi, Flavio «Таленти, Франческо» в средневековой Италии: Том 2//Энциклопедия. — Routledge, 2004.
  • Turner Jane The Dictionary of Art. 30. — New York: Grove, 1996. — P. 272. — ISBN 1-884446-00-0.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, françesko talenti sözünün mənası, françesko talenti haqqında məlumat. françesko talenti nədir? françesko talenti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Georq Brandes

  • Fevral 24, 2026

    İbrahim Əbilov

  • Mart 02, 2026

    Digah (Quba)

  • Fevral 27, 2026

    Şamo Rəhimov

  • Mart 03, 2026

    Dövlət Departamenti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst