Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Foks–Fordays xəstəliyi xroniki apokrin vəzilərin xəstəliyidir. Bu xəstəlik qoltuqaltı nahiyələrdə, qasıq bölgəsində, döş gilələri ətrafında qaşınan dəri səpgilə

Foks–Fordays xəstəliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Foks–Fordays xəstəliyi

Foks–Fordays xəstəliyi xroniki apokrin vəzilərin xəstəliyidir. Bu xəstəlik qoltuqaltı nahiyələrdə, qasıq bölgəsində, döş gilələri ətrafında qaşınan dəri səpgilərinin yaranması ilə özünü göstərir.

Foks–Fordays xəstəliyi
XBT-10-KM L75.2
XBT-9-KM 705.82
DiseasesDB 30029
MeSH D005588

Mündəricat

Epidemiologiya

Xəstəlik əsasən 13–50 yaş arası gənc qadınlarda müşahidə olunur. Lakin, xəstəliyin digər yaş qruplarında da meydana gəlməsi halları qeydə alınmışdır.

Klinik təsviri

Səpgilər əsasən apokrin tər vəzilərinin yerləşdiyi nahiyələrdə yaranır. Dəridə diametri 2–3 mm olan kürəşəkilli papulalar əmələ gəlir. Papulalar bəzən daha böyük ölçüdə də ola bilirlər. Papulaların səthində hiperkeratoz (dərinin qalınlaşması) müşahidə olunur. Səpgilər qızılımtıl rəngdə olurlar. Xəstələrin həkimə müraciət etməsinə səbəb olan əsas şikayət güclü qaşınmadır. Bu xəstəlik zamanı tədricən kistalar, lixenifikasiya (dərinin kobudlaşıb qalınlaşması) və impetiginizasiya (ikinci dərəcəli infeksiya əlamətləri) əmələ gəlir.

Dermatoz xroniki şəkildə inkişaf edir. Xəstəliyin xüsusi əlamətlərinə menstruasiya ərəfəsində qaşınmanın artmasını, hamiləlik dövründə isə azalmasını misal göstərmək olar.

Diaqnostika

Xəstəliyin diaqnozu klinik əlamətlərə və xəstənin şikayətlərinə əsasən qoyulur. Diaqnozun qoyulmasının çətin olduğu hallarda isə diaqnozu təsdiqləmək üçün histoloji müayinə aparılır.

Diferensial diaqnostika

Diferensial diaqnostika aşağıdakı xəstəliklərlə aparılır:

  • Darje–Uayt xəstəliyi;
  • Qara akantoz;
  • Yastı dəmrov.

Müalicəsi

Xəstəliyi müalicə etmək çətin hesab edilir. Yerli olaraq qlükokortikoidlər, antibiotiklər və antiseptiklər istifadə olunur. A vitamini qrupuna aid preparatların tətbiqi yaxşı effekt verir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Foks–Fordays xəstəliyi haqqında məlumat. Foks–Fordays xəstəliyi nədir? Foks–Fordays xəstəliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaskoniya

  • Fevral 23, 2026

    19 noyabr

  • Fevral 27, 2026

    İlya Berezin

  • Fevral 27, 2026

    Konkubina

  • Fevral 26, 2026

    Metafor

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst