Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Focus Features (əvvəlki adları: USA Films, Universal Focus, Good Machine) — Universal Pictures şirkətinin bir bölməsi olan ABŞ-nin kino şirkətidir. Bu şirkət AB

Focus Features

  • Ana Səhifə
  • Vikipediya
  • Focus Features

Focus Features (əvvəlki adları: USA Films, Universal Focus, Good Machine) — Universal Pictures şirkətinin bir bölməsi olan ABŞ-nin kino şirkətidir. Bu şirkət ABŞ-də müstəqil kino və Avropada art haus kinosu üzrə ixtisaslaşmış ən böyük distribyutorlardan biri hesab olunur.

Focus Features
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye film sənayesi
Məhsulu film
Təsis tarixi 2002
Struktur
Ana şirkət Universal Pictures
focusfeatures.com

Focus Features şirkəti 2002-ci ildə USA Films, Universal Focus və Good Machine şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. USA Films şirkəti isə Barri Diller tərəfindən 1999-cu ildə October Films və Gramercy Pictures (1993-cü ildə təsis edilmişdir) şirkətlərinin birləşdirilməsi nəticəsində təsis edilmişdir. Şirkət həm özünün istehsalı olan filmlərin, həm də xarici filmlərin ABŞ-də nümayiş etdirilməsi ilə məşğuldur.

Tarixi

Focus Features şirkəti 2002-ci ildə Ceyms Şamus və Devid Lind tərəfindən USA Films, Universal Focus və Good Machine şirkətlərinin, eləcə də Vivendi ilə əlaqədar olan StudioCanal kinostudiyasının bir neçə aktivlərinin birləşdirilməsi yolu ilə yaradılmışdır. USA Films Barri Diller tərəfindən 1999-cu ildə Seagram şirkətindən October Films və Gramercy Pictures şirkətlərinin satın alınması və bu iki bölmənin birləşdirilməsi nəticəsində yaradılmışdır. Universal Focus — 1999-cu ildə Universal Classics adı altında Pol Hardart və Klaudiya Qrey tərəfindən yaradılmış Universal Pictures-in xüsusi bölməsi olmuşdur. Yaradılmasının məqsədi USA Films tərəfindən nümayiş etdirilməsi nəzərdə tutulmuş bir qrup filmdəki October Films leyblını əvəz etmək idi. Bu şirkət Universal Pictures International, Working Title, WT2 Productions, Revolution Films və DNA Films Films kimi şirkətlərin leybl satınalmalarının marketinqinə yönəldilmişdi və nəhayət 2000-ci ildə Universal Focus olaraq yenidən adlandırılmışdır.

1990-cı illərin sonunda October Films tərəfindən istifadə edilmiş bir janr etiketi olan Rogue Pictures 2004-cü ilin mart ayında Focus Features tərəfindən yenidən canlandırılmışdır. Rogue Pictures Focusun standart idarəçiliyini həyata keçirdən eyni komanda tərəfindən idarə edilir

2014-cü ildə FilmDistrict Focus tərəfindən satın alınmış və kommersiya adı High Top Releasing olaraq bu şirkətə birləşdirilmişdir. 2015-ci ilin may ayında Gramercy Pictures Focus tərəfindən döyüş, elmi fantastika və qorxu filmlərinə fokuslanmış bir janr etiketi kimi yenidən canlandırılmışdır.

2016-cı ilin fevral ayında Focus, "qlobal bazarda ixtisaslaşmış filmlərin əldə edilməsi və istehsalının qruplaşdırılması" üçün qəbul edilmiş yeni strategiyanın bir hissəsi kimi Universal Pictures International ilə birləşdiyini elan etmişdir.

2017-ci ilin aprel ayında Vine Alternative Investments şirkəti Focus Features şirkətindən Rogue janr etiketinin 2008-ci ildən əvvəlki film arxivini satın almışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, focus features sözünün mənası, focus features haqqında məlumat. focus features nədir? focus features nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Miraj F-1

  • Fevral 27, 2026

    Nəhəng planetlər

  • Fevral 27, 2026

    Fridrix Lübker

  • Mart 01, 2026

    Divan (idarə)

  • Fevral 27, 2026

    Nikita Xruşşov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst