Florensiya (isp. Florencia) — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir.
| şəhər | |||||
| Florensiya | |||||
|---|---|---|---|---|---|
| isp. Florencia | |||||
| |||||
| |||||
| 1°36′51″ şm. e. 75°36′42″ q. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Əsası qoyulub | 25 dekabr 1902 | ||||
| Sahəsi |
| ||||
| Mərkəzin hündürlüyü | 242 ± 1 m | ||||
| Saat qurşağı | UTC−5 | ||||
| Əhalisi | |||||
| Əhalisi | 163 323 nəfər (2012) | ||||
| Rəsmi dili | İspan dili | ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Poçt indeksi | 180001–180009 | ||||
| Digər | |||||
| florencia-caqueta.gov.co (isp.) | |||||
![]() Florensiya | |||||
Tarixi
Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi.
Coğrafi mövqeyi
Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir.
Əhalisi
2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi. Şəhər əhalisinin illər üzrə say artımı:
| 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 |
| 143 871 | 146 307 | 149 031 | 151 778 | 154 595 | 157 450 | 160 383 | 163 323 |
Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir. 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir. 2005-ci il məlumatlarına görə, Florensiyanın əhalisi yaşlarına görə bölünmüşdü: 44,87%-i 20 yaşdan aşağı sakinlər, 30,96%-i 20 və 39 yaş arası, 17,07%-i 40 ildən 59 yaşa qədər olanlar və 7,11%-i 60 yaşdan yuxarı olanlar.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Florensiya (Kaketa) haqqında məlumat. Florensiya (Kaketa) nədir? Florensiya (Kaketa) nə deməkdir?

