Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Finlandiya tazısının tükləri qısa, sıx və kobuddur. Xəzi qarın nahiyəsində və ayaqlarda açıq qəhvəyi rəngdə, kürək hissəsində isə qara yamaq var. Baş, ayaqlar,

Finlandiya tazısı

  • Ana Səhifə
  • Vikipediya
  • Finlandiya tazısı

Finlandiya tazısı – dovşan və tülkü ovlamaq üçün yetişdirilmiş it cinsi.

Finlandiya tazısı
Mənşəyi
Ölkə
  •  Finlandiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xüsusiyyətləri

Finlandiya tazısının tükləri qısa, sıx və kobuddur. Xəzi qarın nahiyəsində və ayaqlarda açıq qəhvəyi rəngdə, kürək hissəsində isə qara yamaq var. Baş, ayaqlar, sinə və quyruq ucunda kiçik ağ işarələr mövcuddur. Yetkin itlərin boyu adətən 52-61 sm, çəkisi isə 20-25 kq arasında dəyişir.

Temparamenti

Bu cins dostcanlı, sakit və heç vaxt aqressiv olmayan bir təbiətə malikdir. Ov zamanı enerjili və çox yönlü bir izləyici olur. Müstəqil işləməyi bacarır və izini sürdüyü heyvanı coşğulu hürüşlə təqib edir. Yüksək dözümlülüyə malik olan bu itlər aktiv iş itləridir. Onların gündəlik uzun və sürətli gəzintilərə, həmçinin sərbəst qaçmağa və oynamağa ehtiyacı var. Finlandiya tazısının qısa və hamar tüklərini sərt tüklü bir fırça ilə daramaq kifayətdir. Lazım gəldikdə, quru şampundan istifadə edilə bilər. Çimmək yalnız it çox çirklənəndə tövsiyə olunur. Bu cins orta dərəcədə tük tökən itlərdəndir.

Sağlamlıq

Finlandiya tazısı irsi xəstəlik olan "serebellar ataksiya"dan əziyyət çəkə bilər. Bu xəstəlik səbəbindən bir çox balanın evtanaziya edilməsi zərurəti yaranır. Problem "SEL1L" adlı bir gendə baş verən mutasiya ilə əlaqələndirilir. Mutasiyaya uğramış hüceyrələrdə "endoplazmatik retikulum"da pozuntular yaranır və bu da xəstəliyə səbəb olur. Ümid edilir ki, gələcəkdə bu mutasiyanı müəyyən etmək və cinsdə bu xəstəliyin qarşısını almaq üçün xüsusi testlər hazırlanacaq. Orta ömür uzunluğu təxminən 12 ildir.

Tarixi

Finlandiya tazısının yaranması 1800-cü illərdə həyata keçirilən seleksiya proqramının nəticəsidir. Bu proqramda Fransa, Almaniya Svə İsveç tazılarından istifadə olunub. Məqsəd təpəli ərazilərdə və dərin qarda işləyə bilən bir ov iti cinsi yaratmaq idi. 1889-cu ildə Finlandiya İtçilik Klubunun sələfi olan Suomen İtçilik Klubunun yaranması bu cinsin inkişafına təkan vermişdir. İlk Suomen İtçilik Klubu sərgisi üçün üç it seçilmişdi və növbəti il bu rəqəm səkkizə çatdı. 1893-cü ilə qədər qrup, rəng və xasiyyət də daxil olmaqla bəzi cins standartları müəyyənləşdirməyə başlanmışdır. Finlandiya tazısı hazırda Finlandiyanın ən məşhur it cinslərindən biridir. Cins Finlandiya və İsveçdə çox məşhur olsa da, digər ölkələrdə nisbətən nadir rast gəlinir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, finlandiya tazısı sözünün mənası, finlandiya tazısı haqqında məlumat. finlandiya tazısı nədir? finlandiya tazısı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Vaxtanq Taqavorazn

  • Fevral 27, 2026

    Uran (element)

  • Mart 01, 2026

    Heybəliada

  • Fevral 27, 2026

    Bruton xəstəliyi

  • Fevral 27, 2026

    Şirvan bölgəsi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst