Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fikrət Əbdülhəmid oğlu Sultanov (14 may 1943, Bakı) — Azərbaycanlı aktyor, rejissor. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, pedaq

Fikrət Sultanov

  • Ana Səhifə
  • Vikipediya
  • Fikrət Sultanov

Fikrət Əbdülhəmid oğlu Sultanov (14 may 1943, Bakı) — Azərbaycanlı aktyor, rejissor. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi.

Fikrət Sultanov
Fikrət Əbdülhəmid oğlu Sultanov
Doğum tarixi 14 may 1943(1943-05-14) (82 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor, rejissor, pedaqoq
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
  • Boris Şukin adına Teatr İnstitutu[d]
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Mündəricat

Həyatı

Fikrət Sultanov 14 may 1943-cü ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram rejissoru" ixtisasını (kursun rəhbəri Tofiq Kazımov) və 1970-ci ildə Moskva Ümumittifaq Teatr Sənəti İnstitutunun "Assistent-stajorluğu"nu (rəhbəri - İ.M.Rayevski) bitirib.

1969-cu ildə Moskvada Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" musiqili komediyasını "Təbəssümünü gizlətmə" adı ilə səhnələşdirib.

1966-cı ildən pedaqoji fəaliyyətlə məşğuldur. 20 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində buraxılış kafedrası olan "Rejissorluq və aktyor sənəti" kafedrasının müdiri, 5 il "Teatr və kino sənəti" fakültəsinin dekanı vəzifələrində işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

2005–2006-cı illərdə Türkiyədə İstanbul Beykent Universitetində kafedra müdiri və professoru vəzifələrində çalışıb, Ümumtürkiyə Ali Attestasiya komissiyasının üzvü ("Jürinin Asıl Üyesi") olub.

Quruluşçu-rejissor kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət televiziya və radiosunda, Moskva Operetta Teatrında tamaşalar, habelə dövlət səviyyəli kütləvi tədbirlər hazırlamışdır. Aktyor kimi "Qəzəlxan" filmində Mir Cəfər Bağırov rolunu ifa etmişdir.

Çoxsaylı tədris proqramlarının, metodik tövsiyələrin, "Azərbaycan teatr təhsili" dərs vəsaitinin müəllifidir.

Təltifləri

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 10 dekabr 2013-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Qəzəlxan (film, 1991)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fikrət Sultanov haqqında məlumat. Fikrət Sultanov nədir? Fikrət Sultanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cənubi Qazaxıstan

  • Fevral 27, 2026

    Tilburq

  • Fevral 27, 2026

    E.ə. 612

  • Fevral 27, 2026

    Müqəddəs Petrus

  • Fevral 27, 2026

    Kakao

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst