Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ferroelektriklər Ferroelektriklər müəyyən temperatur intervalında spontan polyarizasiyaya malik mono və polikristallik polyar dielektriklərdir . Piroelektriklər

Ferroelektriklər

  • Ana Səhifə
  • Vikipediya
  • Ferroelektriklər

Ferroelektriklər Ferroelektriklər müəyyən temperatur intervalında spontan polyarizasiyaya malik mono və polikristallik polyar dielektriklərdir . Piroelektriklərin bir növüdür. Xarici elektrik sahəsinin, gərginliyin və ya temperatur dəyişkənliyinin təsiri ilə ferroelektrikilərdə spontan polyarizasiyanın ölçüsü və istiqaməti, mexaniki, optiki və termal xüsussiyyətləri dəyişir. Ferroelektriklərin strukturu eyni sahə daxilində tək yönlü polyarizasiya malik olan bölgələr – domenlərin mövcudluğu ilə xarakterizə olunur. Bu halda nümunənin ümumi polyarizasiyası sıfır ola bilər. Domen strukturu kristalların simmetriyasından asılıdır və çox zaman onların qüsurlarının təbiəti və paylanma xarakteri ilə bağlıdır. Yüksək gərginlikli xarici elektrik sahəsinin təsiri polyarizasiyanın kəskin artması ilə nəticələnir. Orientasiya prosesi ferroelektriklərin kristallik quruluşunun dəyişməsi ilə müşayiət olunur. Baxmayaraq ki, enerji baryeri nisbətən kiçikdir. Polyarizasiyanin artması dielektrik nüfuzluluğunun, istilikkeçirmənin termiki genişlənmə əmsalının dəyişməsinə gətirib çıxarır. Ferroelektriklərdə polyarizasiyanın elektrik sahəsinin gərginliyindən asılılığı qeyri-xətti olur, histerezis ilgəyi formasındadır. Müəyyən temperaturdan (Küri nöqtəsi NK) yuxarı qızdırdıqda ferroelektriklərin spontan polyarizasiyası yox olur. Bu nöqtədə ferroelektrik polyar fazadan qeyri-polyar fazaya keçir. NK oblastında temperatur asılılğı maksimuma çatır və qalıq polyarizasiya sıfıra bərabər olur. Ferroelektrik xassələr ilk dəfə KNaC4H4O6 •H2O, daha sonra KH2PO4 kalium dihidrofosfat ferroelektrik duzunun kristallarında aşkar edilmişdir. Yüzlərlə ferroelektiklər məlumdur. Monokrisatallik ferroelektrikləri məhlulların, ərintilərin, qaz və buxar fazasının monokristalların hazırlanma metodu ilə, keramik ferroelektrikləri keramika texnologiyası ilə əldə edirlər. Ferroelektriklər polyarizə halında yüksək piro və pyezoelektrik xassələri ilə fərqlənir. Elektroakustik , elektromexanik çeviricilərdə , gecə görmə qurğularında və s. praktiki tətbiqini tapmışdır.

Ədəbiyyat

  1. Желудев И.С., Основы сегнетоэлектричества, М., 1973
  2. Сивухин Д. В. Общий курс физики. — М.: Наука, 1977. — Т. III. Электричество. — 688 с.
  3. М. Лайнс, А. Гласс. Сегнетоэлектрики и родственные им материалы. М.: Мир, 1981.
  4. Б. А. Струков, А. П. Леванюк. Физические основы сегнетоэлектрических явлений в кристаллах. М.: Наука, 1995.
  5. Г. А. Смоленский "Новые сегнетоэлектрики и антисегнетоэлектрики"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ferroelektriklər sözünün mənası, ferroelektriklər haqqında məlumat. ferroelektriklər nədir? ferroelektriklər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Konfusiçilik

  • Fevral 27, 2026

    Fərhad Əhmədov

  • Fevral 27, 2026

    Respublikaçılıq

  • Fevral 27, 2026

    Türkiyə dilləri

  • Mart 02, 2026

    Phoenix

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst