Ferdinand Lemkul — Azərbaycanda fəaliyyət göstərmiş mühəndis texnoloq, memar.
| Ferdinand Lemkul | |
|---|---|
| alm. Ferdinand Lehmkuhl | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Vətəndaşlığı | |
| İşləri və nailiyyətləri | |
| İşlədiyi şəhərlər | Bakı |
| Əsas tikililəri | Tağıyev Teatrı Alman lüteran kilsəsi |
1880-1889-cu illərdə Bakı şəhər Dumasında mühəndis texnoloq kimi fəaliyyət göstərib. Bakıda onlarla binanın tikintisində iştirak edib.
Haqqında
Ferdinand Lemkul 1823-cü ildə anadan olub. Milliyətcə almandır. 1880-ci ildən 1889-cu ilə qədər Bakı şəhər Dumasında mühəndis texnoloq kimi fəaliyyət göstərib. Bakıda onlarla binanın tikintisində iştirak edib. İlk işi 1880-ci ildə layihələndirdiyi "Günəş saatı" olub. Əsas layihələri bir-iki mərtəbəli yaşayış evləri olub. Bu evlər əsasən o dövrdə şəhərin Kubinka, Qanlı-Təpə, Dağüstü, Çəmbərəkənd rayonlarında və İçərişəhərdə tikilib. 1883-cü ildə tikilmiş memarı Xrisanf Vasilyev olan Tağıyevin Teatrının tikinti işlərinə rəhbərlik edib. 1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə Annenfelddə roman qotik üslubunda tikilmiş Lüteran kilsəsinin memarı olub.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ferdinand Lemkul haqqında məlumat. Ferdinand Lemkul nədir? Ferdinand Lemkul nə deməkdir?