Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vahidov Fazil Qulammirzə oğlu 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olmuşdur. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirmişdir. 1958–196

Fazil Vahidov

  • Ana Səhifə
  • Vikipediya
  • Fazil Vahidov

Fazil Vahidov — alim, fəlsəfə elmləri namizədi

Fazil Vahidov
azərb. Vahidov Fazil Qulammirzə oğlu‎
Doğum tarixi 1 mart 1941(1941-03-01)
Doğum yeri Ağsu rayonu, Nuran kəndi
Vəfat tarixi 26 noyabr 2024(2024-11-26) (83 yaşında)

Mündəricat

Həyatı

Vahidov Fazil Qulammirzə oğlu 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olmuşdur. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirmişdir. 1958–1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdur. 1970-ci ildən BDU-da çalışıb. 2024-cü il 26 noyabr tarixində vəfat edib.

Təhsili, elmi dərəcəsi və elmi adları

Ali təhsillidir. 1972-ci ildə "Ömər Faiq Nemanzadənin dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir; fəlsəfə elmləri namizədidir. 1974-cü ildən BDU-nun dosentidir.

Əmək fəaliyyəti

  • 1963–1965-ci illərdə Kürdəmir rayonundakı "Bolşevik" sovxoz 8-illik məktəbinin müəllimi;
  • 1965–1967-ci illərdə Kürdəmir rayonundakı Böyük Kəngərli 8-illik məktəbinin direktoru;
  • 1967–1970-ci illərdə BDU-nun Fəlsəfə kafedrasının aspirantı;
  • 1970–1974-cü illərdə BDU-nun Politologiya və sosiologiya kafedrasının müəllimi və baş müəllimi;
  • 1974–1991-ci illərdə həmin kafedranın dosenti;
  • 1992–2006-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı;
  • 1991-hal-hazıradək Sosiologiya kafedrasının dosenti;
  • Apardığı dərslər: Ümumi sosiologiya, Sosioloji tədqiqatın metodologiyası və metodikası;
  • 80-ə qədər məqalə və tezisin, 1 broşürnın, 1 monoqrafiyanın, 4 kitabın müəllifidir;
  • 7 elmlər namizədi yetişdirmişdir;
  • 2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülmüşdür.

Tədqiqat sahəsi

  • şəxsiyyət problemi
  • dünyagörüşü məsələləri

Seçilmiş əsərləri

  • 2004, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
  • 2008, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
  • 2008, "Jurnalistika və sosiologiya". Dərs vəsaiti. (həmmüəlliflə).

Kitabları

  • 1977, "Elmi dünyagörüşünün formalaşması zəhmətkeşlərin kommunist tərbiyəsinin tərkib hissəsidir"
  • 1987, "Ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşması" (həmmüəlliflə).
  • 1994, "Sosiologiya". Dərs vəsaiti (həmmüəlliflərlə).
  • 2005, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
  • 2008, "Sosiologiya". Ali məktəblər üçün dərs vəsaiti (həmmüəlliflə).
  • 2008, "Jurnalistika və sosiologiya". Dərs vəsaiti. (həmmüəlliflə).

Təltifləri

  • 3-cü dərəcəli "Əmək" ordeni (2019)

Dövlət və beynəlxalq proqram və qrantlar

2002–2004-cü illərdə Rusiya, Polşa və Azərbaycanda "Kənd həyatı" tematikası üzrə sosioloji sorğunun təşkilatçılardan biri olmuşdur.

Tələbələrlə münasibəti

Sosial elmlər və psixologiya fakültəsinin tələbələri fakültədə sosioloji sorğu keçirmiş, fəlsəfə, politologiya, sosiologiya, psixologiya, iqtisadiyyat ixtisasları üzrə ilin müəllimini müəyyən etmişlər. Həmin sorğunun nəticələrini elan etmək üçün 19 aprel 2010-cu ildə "Qızıl SEP: ilin müəllimi" mövzusunda tədbir keçirilmişdir. BDU rəhbərliyinin iştirak etdiyi bu tədbirdə Fazil Vahidov Sosiologiya ixtisası üzrə "İlin müəllimi" seçilmiş və mükafatlandırılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fazil vahidov sözünün mənası, fazil vahidov haqqında məlumat. fazil vahidov nədir? fazil vahidov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Franklin

  • Fevral 24, 2026

    Herodot

  • Fevral 27, 2026

    Armen Sarkisyan

  • Mart 06, 2026

    Meraya Keri

  • Fevral 27, 2026

    Lamiaceae

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst