Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fazil İdris oğlu Salayev (1 sentyabr 1931, Bakı – 16 iyun 1978, Bakı) — Azərbaycan teatr və kino aktyoru.

Fazil Salayev

  • Ana Səhifə
  • Vikipediya
  • Fazil Salayev

Fazil İdris oğlu Salayev (1 sentyabr 1931, Bakı – 16 iyun 1978, Bakı) — Azərbaycan teatr və kino aktyoru.

Fazil Salayev
Doğum tarixi 1 sentyabr 1931(1931-09-01)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 16 iyun 1978(1978-06-16) (46 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1958–1977
IMDb ID1596509

Mündəricat

Həyatı

Fazil Salayev 1 sentyabr 1931-ci ildə Bakı şəhərində, İdris Salayevin ailəsində anadan olmuşdur. Onun əsli Abşeron rayonunun Fatmayı kəndinə dayanır. Erkən yaşlarından yazıya və təsviri sənətə maraq göstərmişdir. Orta təhsilini yüksək göstəricilərlə başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunmuş və təhsilini müvəffəqiyyətlə tamamlamışdır.

Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim kimi fəaliyyət göstərmiş, Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının da təhsil aldığı sinfə rəsm dərsi vermişdir. Bununla yanaşı, "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi çalışmışdır. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qəbul olunmuş və bu ali təhsil müəssisəsini bitirmişdir.

Məzuniyyətdən sonra Akademik Milli Dram Teatrına aktyor kimi işə qəbul edilmiş, burada müxtəlif səhnə obrazları yaratmışdır. Lakin yaradıcılıq fəaliyyəti ilə bağlı gözləntilərinin tam qarşılanmadığını nəzərə alaraq, Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirmişdir.

Fəaliyyəti

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında ifa etsə də, geniş tamaşaçı auditoriyası onu məhz kinoaktyor kimi tanımışdır. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət etmişdir. Bir il sonra rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir obrazını canlandırmışdır. Daha sonra "Alma almaya bənzər" filmində Mehdi, "Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" filmində Fazil, "Dərviş Parisi partladır" filmində isə Qulaməli obrazlarını yaratmışdır. Akademik Milli Dram Teatrından ayrıldığı dövrdə "Mozalan" satirik kinojurnalında müxtəlif xarakterik rollar ifa etmişdir.

1969-cu ildə Şamil Mahmudbəyovun rejissorluğu ilə çəkilmiş "Şərikli çörək" filmində canlandırdığı Qırçı Məhəmməd obrazı aktyorun istedadının fərqli aspektlərini üzə çıxarmışdır. Bu psixoloji rol onun amplua məhdudiyyətinin olmadığını nümayiş etdirmiş, Azərbaycan kinosunda sükutla emosiyaların ifadəsi baxımından diqqətəlayiq nümunələrdən biri kimi qiymətləndirilmişdir. Bundan əlavə, televiziya ekranlarında yayımlanan "Komediyalar aləminə səyahət" verilişində müxtəlif səhnəciklərdə çıxış etmişdir.

Fazil Salayevin sənət yolu nisbətən qısa olsa da, o, yaratdığı obrazlar, güclü mimikası və ifadəli yumor hissi ilə Azərbaycan tamaşaçılarının yaddaşında qalıcı iz qoymuşdur. Onun iştirak etdiyi filmlər zaman keçdikcə dəyərini qoruyub saxlamış və bu gün də maraqla izlənilməkdədir. Aktyor 16 iyun 1978-ci ildə, 46 yaşında, kiçik qızı Ofeliyanın doğum günündə vəfat etmişdir.

Filmoqrafiya

  • 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  • Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: Rəşid
  • Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — rol: Mehdi
  • Araşdırın (film, 1978)
  • Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  • Arzu (film, 1972)
  • Bir cənub şəhərində (film, 1969)
  • Bizim Cəbiş müəllim (film, 1969)
  • Dərviş Parisi partladır (film, 1976)
  • Günlərin bir günü... (film, 1976)
  • İyirmialtılar (film, 1966)
  • Möcüzələr adası (film, 1963)
  • Ögey ana (film, 1958)
  • Rəqiblər (film, 1974)
  • Sən niyə susursan? (film, 1966)
  • Şərikli çörək (film, 1969)
  • Şir evdən getdi (film, 1977)
  • Ulduz (film, 1964) — rol: Foto müxbir
  • Ulduzlar sönmür (film, 1971)
  • Ürək... Ürək... (film, 1976)
  • Var olun, qızlar... (film, 1972)
  • Vulkana doğru (film, 1977)
  • Yeddi oğul istərəm... (film, 1970)
  • Molla Cəbi (televiziya tamaşası)
  • Yoxlanılmış,inanılmış... (film,1971)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fazil salayev sözünün mənası, fazil salayev haqqında məlumat. fazil salayev nədir? fazil salayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Tacikistan bayrağı

  • Fevral 27, 2026

    Filip Miller

  • Fevral 27, 2026

    Kerope Patkanov

  • Fevral 27, 2026

    Hənbəlilər

  • Fevral 27, 2026

    Denominasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst