Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V, VI və VI

Fazil Qəzənfəroğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Fazil Qəzənfəroğlu

Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V, VI və VII çağırış deputatı.

Fazil Mustafa
Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V, VI və VII çağırış deputatı
Vəzifədədir
2005-ci ildən
    Seçki dairəsi2005, 2010, 2015, 2020, 2024 — 26 saylı Sabunçu birinci
    Əvvəlkivəzifə təsis edildi
    Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü
    Vəzifədədir
    24 yanvar 2011-ci ildən
      Böyük Quruluş Partiyasının sədri
      Vəzifədədir
      2003-cü ildən
        Əvvəlkivəzifə təsis edildi
        Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) sədr müavini
        2000 – 2001
        SədrMirmahmud Mirəlioğlu
        Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini
        1998 – 2000
        SədrƏbülfəz Elçibəy
        Azərbaycan Respublikası Prezident Aparatının Dövlət-Hüquq şöbəsinin müdiri
        1992 – 1993
        ƏvvəlkiSabir Hacıyev
        SonrakıFuad Ələsgərov
        Şəxsi məlumatlar
        Doğum tarixi 15 oktyabr 1965(1965-10-15) (60 yaş)
        Doğum yeri
        • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
        Partiya
        • Azərbaycan Xalq Cəbhəsi (1991–1995),
        • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2001),
        • Böyük Quruluş Partiyası (2003)
        Təhsili
        • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
        Fəaliyyəti siyasətçi

        Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
        Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

        Mündəricat

        Həyatı

        19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub.

        1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başlayıb. 1998–2001-ci illərdə AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub.

        2001–2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində taqım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib.

        2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və ilk qurultayda həmin partiyanın başqanı seçilib. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya başqanı seçilib.

        2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.

        2005, 2010, 2015, 2020 və 2024-cü illərdə III, IV, V, VI və VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.

        2008-ci ilin prezident seçkilərində iştirak edib, 89985 seçicinin səsini alaraq 2,43% səslə üçüncü olub.

        2009-cu ildə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü seçilib.

        2016-cı ildə Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilib.

        Hazırda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavinidir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

        2024-cü il oktyabrın 8-də Azərbaycan - Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

        Fazil Mustafa Türkiyə və Azərbaycanda nəşr olunmuş 19 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir.

        Evlidir, iki övladı var.

        Silahlı hücuma məruz qalması

        28 mart 2023-cü ildə Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib. Hadisə nəticəsində çiyin nayihəsindən və ayağından güllə yarası alıb.

        Millət vəkili silahlı hücumla bağlı açıqlamasında bildirmişdir:

        " “Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım." "

        Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

        2024-cü il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.

        Kitabları

        • "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə". İstanbul, 1995.
        • "Azərbaycanda türk kimliyi və saxta tarix problemi. Bakı, 2014
        • "XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları". Bakı, 2015
        • "Asiyadan sivilizasiyaya"
        • "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü- dini-fəlsəfi aspekt"
        • "Azərbaycan türkünün iman davası"
        • "Dirilən adamın düşüncələri". Bakı: Qanun, 2023

        Məqalələri

        • Fazil Mustafa. "Nursuzluq təhlükəsi" (az.). vaxt.az. 9 mart 2014. 12 iyun 2018 tarixində . İstifadə tarixi: 12 iyun 2018.

        vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fazil qəzənfəroğlu sözünün mənası, fazil qəzənfəroğlu haqqında məlumat. fazil qəzənfəroğlu nədir? fazil qəzənfəroğlu nə deməkdir?

        ←Növbəti YazıƏvvəlki Yazı→
        Ən Oxunanlar - Vikipediya
        • Fevral 27, 2026

          İlluminati

        • Fevral 27, 2026

          Hovard Baskervil

        • Mart 01, 2026

          Sol Perlmutter

        • Fevral 27, 2026

          Mahamalar

        • Mart 01, 2026

          Toxmaq (Altınova)

        Trend Mahnılar
        • Fevral 17, 2026

          Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

        • Mart 04, 2026

          Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

        • Fevral 25, 2026

          Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

        • Fevral 28, 2026

          Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

        • Mart 04, 2026

          Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

        Studia

        • Vikipediya
        • Musiqi

        Xəbər Bülleteni Abunəliyi

        Əlaqə Saxlayın
        Bizimlə Əlaqə
        © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
        Müəllif hüquqları: Dadash Mammadov
        Üst