Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fatma Əfəndiyeva;(1906, Qaraqoyunlu mahalı,– 1982, Bakı) — İrəvanın ilk maarifpərvər qadınlarından biri. İrəvan Dövlət Azərbaycan Dram Teatrının ilk qadın aktis

Fatma Əfəndiyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Fatma Əfəndiyeva

Fatma Əfəndiyeva;(1906, Qaraqoyunlu mahalı,– 1982, Bakı) — İrəvanın ilk maarifpərvər qadınlarından biri. İrəvan Dövlət Azərbaycan Dram Teatrının ilk qadın aktisası. Görkəmli partiya və dövlət xadimi Bala Əfəndiyevin həyat yoldaşı.

Fatma Əfəndiyeva
Doğum tarixi 1906
Doğum yeri Qaraqoyunlu mahalı|Çəmbərək rayonunun Çaykǝnd kəndi.
Vəfat tarixi 1982 (75–76 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Ermənistan SSR
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ
Fəaliyyəti Maarifçi, aktrisa, jurnalist.
Teatr İrəvan Dövlət Azərbaycan Dram Teatrı

1906-cı ildə Gəncə quberniyasının Qazax qəzasının Çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykǝnd kəndində anadan olmuş Fatma xanım da ilk təhsilini Çaykənddə almışdır.

Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı olmuşdur. Qeyd edilənə görə, Sovet Ermənistanında Türk Qadınlar Klubunun təşkilatçısı və ilk müdiri olan F. Əfəndiyeva orada mədəni-maarif sahəsində xeyli işlər görüb. Əlbəttə, Türk Qadınlar Klubunun təşkilatçısı və ilk rəhbəri kimi, o bura qadınları cəlb edib, onların savadlanması uğrunda maarifçilik işi, təbliğat aparmışdır. Fatma Əfəndiyeva Ermənistanda 20-ci əsrin iyirminci illərində latın əlifbasına keçidin də öncülərindən biri olmuş və həyat yoldaşı Bala Əfəndiyevlə birlikdə İrəvanının mədəni və maarif həyatında aktiv rol almışdır.

1929-cu ilədək Ermənistan SSR ictimai təminat komissarı(1935–1937) işləmiş Bala Əfəndiyevin 1938-ci ildə represiyaya məruz qalaraq güllələnməsindən sonra Fatma xanım Əfəndiyeva da 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Hər ikisi təxminən 20 il sonra tam bəraət qazanmışlar.

1924-cü il teatr prosesinin maraqlı hadisələrindən biri o olub ki, "azərbaycanlı Fatma xanım Əfəndiyeva ilk dəfə İrəvanda səhnəyə çıxmışdır. Gənc qız "İki yol və yaxud Məhəmmədəmin Azəri" pyesində Gülsüm rolunda oynamışdır" ("Yeni fikir", 3 mart 1925). Fatma xanım Əfəndiyeva İrəvan Dövlət Azərbaycan Dram Teatınının fəal üzvü olmağın yanı sıra məsul vəzifələrdə çalışan yoldaşı Bala Əfəndiyevin rəhbərliyi ilə İrəvanda yeni əlifba ilə ana dilində nəşr olunan "Zəngi" və "Rəncbər" qəzetlərində də müxbir kimi fəaliyyət göstərmişdir.

  1. İlham Rəhimli. "İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-1927". anl.az (aze). 27 fevral 2023 tarixində . İstifadə tarixi: 27 mart 2023.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fatma Əfəndiyeva haqqında məlumat. Fatma Əfəndiyeva nədir? Fatma Əfəndiyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Nikolay

  • Fevral 24, 2026

    Texnika

  • Fevral 26, 2026

    Madriqal

  • Fevral 27, 2026

    İyirmi bir

  • Fevral 25, 2026

    Antuan Jüsse

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst