Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fatimə Cinnah ( فاطمہ جناح‎;31 iyul 1893, Kəraçi, Britaniya Hindistanı – 9 iyul 1967, Kəraçi, Pakistan) — Māder-e Millat ("Millətin Anası") olaraq məşhur olan P

Fatimə Cinnah

  • Ana Səhifə
  • Vikipediya
  • Fatimə Cinnah

Fatimə Cinnah ( فاطمہ جناح‎;31 iyul 1893, Kəraçi, Britaniya Hindistanı – 9 iyul 1967, Kəraçi, Pakistan) — Māder-e Millat ("Millətin Anası") olaraq məşhur olan Pakistan siyasətçisi, diş həkimi, dövlət xadimi və Pakistanın qabaqcıl qurucularından biri. Məhəmməd Əli Cinnahın kiçik bacısı idi. 1923-cü ildə Kəlkətə Universitetindən bir diş həkimi dərəcəsi aldı və daha sonra Pakistanın ilk qubernatoru olmuş böyük qardaşı Məhəmməd Əli Cinnahın yaxın adamı və məsləhətçisi oldu.Britaniya Hindistanın güclü bir tənqidçisi, iki millət nəzəriyyəsinin güclü bir müdafiəçisi və Ümumdünya Hindistan Müsəlman Liqasının lider üzvü olaraq ortaya çıxdı.

Fatimə Cinnah
فاطمہ جناح‎
Fatimə Cinnah (solda) və qardaşı Məhəmməd Əli Cinnahın (sağda) mum heykəli (İslamabad)
Fatimə Cinnah (solda) və qardaşı Məhəmməd Əli Cinnahın (sağda) mum heykəli (İslamabad)
Müxalifətin lideri
1.1.1960 – 9.7.1967
Əvvəlkivəzifə təsis edilib
SonrakıNurul Amin
Şəxsi məlumatlar
Doğum tarixi 31 iyul 1983
Doğum yeri Tatta,Sind,Pakistan Pakistan
Vəfat tarixi 9 iyul1967
Vəfat yeri Kəraçi,Sind,Pakistan Pakistan
Dəfn yeri
  • Mazar-e-Kayd
Partiya Bütün Hindistan Müsəlman Liqası (1947)
Pakistan Müsəlman Liqası (1947-1958)
Partiyasız (1960-1967)
Təhsili Kəlkətə Universiteti
İxtisası Diş həkimi
Fəaliyyəti Siyasətçi,müxalifətçi
Atası Cinnahbai Punca
Dini şiəlik, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pakistan müstəqillik əldə etdikdən sonra Cinnah, yeni qurulan ölkədə miqrant qadınların məskunlaşmasında ayrılmaz rol oynayan Pakistan Qadınlar Liqasını qurdu. Qardaşının ölümünə qədər ən yaxın köməkçisi olaraq qaldı. Ölümündən sonra Fatiməyə 1951-ci ilə qədər millətə müraciət etmək qadağan edildi; onun 1951-ci ildə millətə etdiyi radio müraciəti Ləyaqət Əli Xan rəhbərliyi tərəfindən ağır senzura edildi. 1955-ci ildə "Qardaşım" kitabını yazdı, ancaq Fatiməni "anti-millətçi material" da günahlandıran qurum tərəfindən senzura görə yalnız 32 il sonra, 1987-ci ildə nəşr olundu. Hətta kitabın əlyazmasından sadəcə bir neçə səhifə çıxarıldı.

Cinnah, 1965-ci ildə hərbi diktator Eyyub xana qarşı prezident seçkilərində iştirak etmək üçün özünün təyin etdiyi siyasi istefadan çıxdı. O, siyasi partiyaların konsorsiumu tərəfindən dəstəkləndi və hərbi tərəfindən siyasi fırıldaqlara baxmayaraq Pakistanın ən böyük iki şəhəri olan Kəraçi və Dəkkə (Banqladeş) qalib gəldi. ABŞ-nin "Time" jurnalı 1965-ci il seçki kampaniyası barədə məlumat verərkən yazmışdı ki, Cinnah Eyyub xan və müttəfiqləri tərəfindən onun təvazökarlığı və vətənpərvərliyinə qarşı hücumlara məruz qalmışdır.

Cinnah 9 iyul 1967-ci ildə Kəraçi şəhərində vəfat etdi. Bəzi məlumatlara görə, onun qeyri-təbii səbəblərdən öldüyü iddia edildi. Onun ölümü mübahisələrə məruz qaldı. Ailənin üzvləri sorğu keçirməsini tələb etmişdilər, lakin hökumət onların tələbinə mane oldu. O, Pakistandakı ən hörmətli qadın liderlərdən biri olaraq qalır və Kəraçidəki dəfn mərasimində təxminən yarım milyon adam iştirak etmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fatimə Cinnah haqqında məlumat. Fatimə Cinnah nədir? Fatimə Cinnah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Avstriya-Macarıstan bankı

  • Fevral 27, 2026

    Üçbucaqlı

  • Fevral 25, 2026

    Rolan Bıkov

  • Fevral 27, 2026

    Homer nəğmələri

  • Fevral 27, 2026

    Marburq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst