Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fateh Mirzə Möhsün oğlu Fətullayev (1 sentyabr 1909, Lənkəran, Lənkəran qəzası – 4 may 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar ar

Fateh Fətullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Fateh Fətullayev

Fateh Mirzə Möhsün oğlu Fətullayev (1 sentyabr 1909, Lənkəran, Lənkəran qəzası – 4 may 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949).

Fateh Fətullayev
Fateh Mirzə Möhsün oğlu Fətullayev
Doğum tarixi 1 sentyabr 1909
Doğum yeri Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 4 may 1983 (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Mirzə Möhsün Fətullazadə
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1949
"Əməkdə fərqlənməyə görə" medalı — 19591959
IMDb ID2179860

Mündəricat

Həyatı

Fateh Fətullayev 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin (1885–1936) ailəsində dünyaya göz açıb. Ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. O, çox sayda teatr tamaşasında oynamış və onlara quruluş vermiş, çox filmlərdə rol almışdır. Ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır. 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Ailəsi

Fateh Fətullayevin üç qardaşı olub. Ümumiyyətlə bu ailədə böyüyən dörd oğul və onların ardıcılları Azərbaycanın tanınmış sənətkarlarına çevrilmişlər. Birinci qardaşı Nüsrət Fətullayev (1911–1987) rəssam olub və Azərbaycan milli teatr rəssamlığının formalaşmasında, inkişafında böyük xidmətlər göstərib. İkinci qardaşı Şəmsəddin Fətullayev (1913–1975) konservatoriyada təhsil almışdı. Bir müddət Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının musiqi hissə müdiri, Musiqili Komediya Teatrında baş dirijor işləmişdi. Bəstəkarlar İttifaqının üzvü idi. Üçüncü qardaşı Nurəddin Fətullayev (1916–1973) Bəstəkarlar İttifaqının üzvü idi. Qardaşı Şəmsəddindən sonra uzun müddət Akademik Milli Teatrda musiqi hissə müdiri işləyib. Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev də aktyor və rejissor idi. Nüsrət Fətullayevin həyat yoldaşı Hökümə Qurbanova məşhur aktrisa və SSRİ xalq artisti, qızı Vəfa Fətullayeva isə tanınmış aktrisa olmuşdur.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949
  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

Filmoqrafiya

  • Aygün (film, 1960)
  • Babək (film, 1979)
  • Bakıda küləklər əsir (film, 1974)
  • Bəxtiyar (film, 1955)
  • Bir məhəllədən iki nəfər (film, 1957) — usta Əli
  • Böyük ömrün anları (film, 2006)
  • Əsl dost (film, 1959)
  • Fətəli xan (film, 1947)
  • Görüş (film, 1955)
  • Xatirələr sahili (film, 1972)
  • İyirmialtılar (film, 1966)
  • Kəndlilər (film, 1939)
  • Qaraca qız (film, 1966)
  • Mahnı belə yaranır (film, 1957)
  • Min birinci söz (film, 1997)
  • Ögey ana (film, 1958)
  • Vulkana doğru (film, 1977)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fateh Fətullayev haqqında məlumat. Fateh Fətullayev nədir? Fateh Fətullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ker

  • Fevral 27, 2026

    Florida ştatı

  • Fevral 27, 2026

    Avstraliya dolları

  • Fevral 25, 2026

    Ateizm

  • Fevral 27, 2026

    Evribiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst