Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fanaqoriya (yun. Φαναγόρεια) — Rusiyanın Krasnodar diyarının Sennaya qəsəbəsi yaxınlığında, Taman yarımadasında yerləşən qədim şəhər.

Fanaqoriya

  • Ana Səhifə
  • Vikipediya
  • Fanaqoriya

Fanaqoriya (yun. Φαναγόρεια) — Rusiyanın Krasnodar diyarının Sennaya qəsəbəsi yaxınlığında, Taman yarımadasında yerləşən qədim şəhər.

Fanaqoriya
yun. Φαναγόρεια
45°16′41″ şm. e. 36°58′29″ ş. u.HGYO
Yer Sennoy, Krasnodar diyarı, Rusiya
Region Taman yarımadası
Ərazi 75 ha (190 acre)
Tarix
İnşaatçı Teos qaçqınları
Əsası qoyulub təq. e.ə. 543-cü il
Era Antik, orta əsrlər
Mədəniyyətlər Yunan, bulqar, xəzər
Yer qeydləri
Fanaqoriya xəritədə
Fanaqoriya
Fanaqoriya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Şəhərin əsası təqribən e.ə. 543 ildə Əhəməni hökmdarı II Kirin İoniyanı işğalı zamanı Teos şəhərini tərk etmiş əhali tərəfindən qoyulmuş, onların başçısı Fanaqorun adı ilə adlandırılmışdır. E.ə. V əsrin sonlarından Bospor dövlətinin tərkibində ikinci paytaxt, "Asiya" hissəsinin əsas şəhəri idi. Çiçəklənməsi e.ə. IV əsrə təsadüf edir. E.ə. IV–I əsrlərdə burada sikkə zərb edilirdi. E.ə. II əsrin sonunda Pont çarlığı tərəfindən işğal olunmuşdur; e.ə. 63-cü ildə VI Mitridat Evpatora qarşı üsyanın mərkəzi olmuş, e.ə. I əsrin ortalarında onun oğlu II Farnak tərəfindən dağıntılara məruz qalsa da, tezliklə bərpa edilmişdir. Təqribən e.ə. 17–12 illərdə Roma imperatoru Oktavian Avqustun kürəkəninin şərəfinə müvəqqəti Aqrippiya adlandırılmışdır. Son antik dövrdə Fanaqoriyanın sahəsi azalmış; eramızın VI əsrinin ikinci rübündə şəhər dağıdılmışdır. VII əsrdə yenidən dirçəlmiş Fanaqoriya bulqar xanı Kubratın yaratdığı Böyük Bulqarıstan dövlətinin paytaxtı idi. Bundan sonra Bizansın, ardınca isə Xəzər xaqanlığının tərkibinə qatılmışdır. Təqribən 704-cü ildə devrilmiş Bizans imperatoru II Yustinian Fanaqoriyaya sığınmışdır. Təqribən X əsrin əvvəllərində sakinləri tərəfindən tərk edilmişdir.

Arxeoloji qazıntılar

Şəhəri ümumi sahəsi təqribən 60 ha-dır, lakin bunun üçdə biri su altındadır. XVIII əsrin sonlarından, müntəzəm surətdə 1936-cı ildən ildən 1940-ci ilədək V. D. Blavatski, və 1947-cı ildən M. M. Kobılina, 1975-ci ildən V. S. Dolqorukov, 1993-cü ildən isə V. D. Kuznetsov tərəfindən arxeoloji qazıntılar aparılmışdır. Şəhərin ən qədim şimal rayonu və limanı su altında qalmışdır. 1958–1959-cü illərdə aparılan sualtı qazıntılar nəticəsində aşkar olunmuşdur.

Əhalisi və mədəniyyət

Yunanlar, sindlər, meotlar və sarmatlardan təşkil olunan şəhər əhalisi əkinçilik, heyvandarlıq, balıqçılıq, üzümçülük, sənətkarlıq və ticarətlə məşğul idi. Fanaqoriyada qala divarlarının özülləri, yaşayış məhəllələrinin qalıqları (məsələn, e.ə. II əsrin sonuna aid naxışlı suvaq çəkilmiş ev), e.ə. IV əsrə aid gimnasi, termalar, eramızın I əsrinə aid quyular, cənub-şərq hissəsində "Keramik" adlı dulusçular rayonu (dulus sobaları, keramika) aşkar edilmişdir. Qazıntılar zamanı yunan kitabələri, on minlərlə sikkə, o cümlədən dəfinələr, mərmər heykəllərin fraqmentləri, keramika və metal plastikalar, qabarıq başdaşılar, sarkofaqlar və onların mərmərdən, sərv ağacından, kirəcdən, gildən olan hissələri, zərgərlik məmulatları və s. tapılmışdır. Fanaqoriyanın yaxınlığında torpaq qəbirlərdən və kurqanlardan ibarət nekropol yerləşir. Nekropolun sahəsi təqribən 900 ha-dır və 1964–1965-ci illərdə tədqiq edilmişdir. Qonşuluqdakı sönmüş palçıq vulkanının üzərində məbədgah qalıqları aşkarlanmışdır. 2014-cü ildə Fanaqoriya Tarix-Arxeologiya Muzey-Qoruğu yaradılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fanaqoriya haqqında məlumat. Fanaqoriya nədir? Fanaqoriya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anri Barbüs

  • Fevral 27, 2026

    Zaqatala dairəsi

  • Fevral 25, 2026

    Benito Mussolini

  • Fevral 27, 2026

    Əmir Dəmirdaş

  • Fevral 25, 2026

    Nazlıçay

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst