Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Faddeyevski — Kotelnı adasında yerləşən yarımada. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 5,3 min km², hündürl

Faddeyevski yarımadası

  • Ana Səhifə
  • Vikipediya
  • Faddeyevski yarımadası

Faddeyevski — Kotelnı adasında yerləşən yarımada. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 5,3 min km², hündürlüyü 65 metr təşkil edir. Yarımada Ust-Lensk Dövlət Təbiət qoruğu ərazisinə daxildir. XX əsrin əvvəllərinə aid xəritələrdə yarımada ada kimi göstərilir. Yarımada ilə Kotelnı adası arasın Buqne Torpağı yerləşir.

Faddeyevski yarımadası
Ümumi məlumatlar
Sahəsi 5300 km²
Ən yüksək nöqtəsi 65 m
Yerləşməsi
75°27′00″ şm. e. 143°51′00″ ş. u.HGYO
Akvatoriya Şərqi Sibir dənizi
Ölkə  Rusiya
Faddeyevski yarımadası xəritədə
Faddeyevski yarımadası
Faddeyevski yarımadası

Yarımada burada ilk dəfə qışlamış Faddeyevin şərəfinə adlandırılmışdır.

Yarımadada Mamont və Tüklü kərgədanın qalıqları aşkarlanmışdır. Yukagirlərin izlərinə rast gəlinir. Ruslar tərəfindən XVII əsrdə şərqə gəlmiş Ospa xəstəliyi səbəbindən yukagirlərin bir qismi Faddeyevski yarımadasına pənah aparmışdır.

Mündəricat

Ümumi məlumat

Şimal Buzlu okeanında Novosibir adaları arxipelaqının Anju adaları qrupunda, Kotelnı adalarındadır. 20-ci əsrin xəritələrində ada kimi göstərilmişdir. Sahəsi 5,3 min km2, hündürlüyü 65 metrədəkdir. Qumlu-lilli geniş dayazlıqlarla əhatə olunmuşdur; qum, alevrolit və gillərdən ibarətdir. Termokarst göllər və kiçik çaylar var. Bitki örtüyü mamır və şibyədən ibarətdir. 1805-ci ildə Y. Sannikov kəşf etmiş və burada ilk qışlamanın əsasını qoymuş sənayeçi Faddeyevin adı ilə adlandırılmışdır. Şimal tülküsü ovlanır.

Coğrafiyası

Yarımada demək olar ki, dairəvidir. Ancaq şimalında doğru ada uzanır və Bunqe Torpağına birləşir. Yeni Sibir adasından Blaqoveşenski boğazı ilə ayrılır. Boğazın eni 30 verstdir.

Flora

Florası olduqca kasıbdır. Əsasan Mamır və alcaqboylu otlar bitkilər bitir. Yarımadada maral, tülkü, dələ, ayı və ağ ayı yayılmışdır. Bu canlıların bir qismi materikə demək olar ki, qayıymır. Quşlardan qütb kəkliyi, qaqar, qara qazlar yaşayır. Yarımada balıqlar baxımından kasıbdır.

Adanın açılış tarixi

Sırovatskinin eşik ağası olan Yakov Sannikov öz ağasının mülkünü genişləndirmək məqsədilə 1805-ci ildə Kotelnı adasından şərqə istiqamətlənir. Burada Faddeyevski adasını kəşf edir.

  • 1809-ci ildə Matvey Matveyeviç Qedenştr yer ölçən Kojin və Yakov Sannikov ilə birlikdə adaya gəlirlər. Kojinə adanı tətqiq etməyi, Sannikova Faddeyevski ilə Kotelnı arasında yerləşən boğazı ölçməyə göstəriş verir. Özü isə Yeni Sibir adasına istiqamətlənir. Kojin adanın şərq, qərb və cənub hissələrini tətqiq edir. Sannikov isə bütün hissələrdə boğazın enini ölçür (7–30 verst).
  • 1811-ci ildə Yakov Sannikov yenidən Faddeyevski adasına gəlir. O, boğaz olaraq bilinən Qedenşr körfəzinə tökülən çayları tətqiq edir.
  • 1822-ci ildə kapitan Pyotr Fyodroviç Anju adanın qərb və şimal-şərq sahillərini tətqiq etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Faddeyevski yarımadası haqqında məlumat. Faddeyevski yarımadası nədir? Faddeyevski yarımadası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pyotr Çaadayev

  • Fevral 28, 2026

    Armoracia

  • Fevral 27, 2026

    Samosir adası

  • Fevral 10, 2026

    Gürcüstan

  • Fevral 22, 2026

    Gürcüstan bayrağı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst