Fəyyum portretləri — Qədim Misirdə ölmüş şəxslərin boyakarlıq portretləri. Bu portretlər e.ə. I əsrin axırlarından IV əsrə qədərki bir dövrə aiddir.

Tarixi
"Fəyyum portretləri" termini 1887 ildə bu portretlərin böyük bir qrupunun tapıldığı yerin – əl-Fəyyum vahəsinin adından götürülmüşdür. Ən yüksək inkişaf dövrü I əsrin ortalarından III əsrə qədərki dövrdə olmuşdur. Qədim Misirin ənənəvi ölü maskatarını əvəz edən Fəyyum portretləri enkaustika, tempera, yaxud da hər iki texnikadan istifadə etməklə taxta lövhə üzərində işlənir, sonra mumiyanın sarğısı içərisinə, ölünün sifəti olan yerə qoyulurdu. E.ə. I əsrə aid erkən Fəyyum portretlərinin müəyyən qismi kətan üzərində çəkilmişdir. Bəzən Fəyyum portretləri evlərdə divardan asmaq üçün də işlənilir və portreti çəkilən şəxs öldükdən sonra onun mumiyasına qoyulurdu. Üslub cəhətdən 2 istiqamətdə inkişaf edən Fəyyum portretləri antik incəsənət və Misir incəsənətinin ənənələrini davam etdirirdi. Fəyyum portretlərinin böyük kolleksiyası Qahirədəki Misir, Londondakı Britaniya muzeylərində, Berlin Dövlət Muzeyində, Parisdəki Luvrda, Sankt-Peterburqdakı Ermitajda saxlanılır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fəyyum portretləri sözünün mənası, fəyyum portretləri haqqında məlumat. fəyyum portretləri nədir? fəyyum portretləri nə deməkdir?