Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fəxri Xanhüseyn oğlu Kazımov (23 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə fəlsə

Fəxri Kazımov

  • Ana Səhifə
  • Vikipediya
  • Fəxri Kazımov

Fəxri Xanhüseyn oğlu Kazımov (23 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru.

Fəxri Kazımov
Fəxri Xanhüseyn oğlu Kazımov
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri
2017 – indiyə qədər
Şəxsi məlumatlar
Doğum tarixi 23 oktyabr 1970(1970-10-23) (55 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti bank meneceri[d]
Atası Xanhüseyn Kazımlı

Həyatı və fəaliyyəti

  • Fəxri Kazımov (Fəxri Xanhüseyn oğlu Kazımov) 23 oktyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
  • 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1994–1995-ci illərdə İstanbul Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant təhsili almışdır.
  • 1993–1995-ci illərdə Azərbaycan Respublikasının kommersiya banklarında çalışıb.
  • 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankı Pul-kredit siyasəti departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib.
  • 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin baş müşaviri vəzifəsində çalışıb.
  • 2000–2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Daxili Audit departamentinin direktoru vəzifəsində işləmişdir.
  • 2002–2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb.
  • 2008–2016-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktoru vəzifəsində çalışmışdır.
  • 2016-cı ilin avqust ayının 5-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.
  • 2017-ci ilin dekabr ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.
  • 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini almışdır.
    F. Kazımov 1 monoqrafiya və 15-dən çox elmi məqalənin müəllifidir.
  • 1995-ci ildən etibarən ABŞ, Almaniya, İngiltərə, Fransa, Yaponiya və digər inkişaf etmiş ölkələrdə iqtisadi nəzəriyyə, maliyyə və bank işi üzrə beynəlxalq maliyyə təşkilatları tərəfindən təşkil olunan seminar və konfranslarda məruzəçi və dinləyici kimi iştirak etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fəxri kazımov sözünün mənası, fəxri kazımov haqqında məlumat. fəxri kazımov nədir? fəxri kazımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Skande

  • Mart 07, 2026

    Bretton-Vuds konfransı

  • Mart 04, 2026

    Dişicik

  • Fevral 27, 2026

    Paşa

  • Mart 05, 2026

    Lövşan

Trend Mahnılar
  • Mart 07, 2026

    Tacir Rustemov & Gulka Elekberli - İncime 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 07, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 07, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst