Əbül-Məhəsin Fəxrəddin Həsən ibn Mənsur ibn Mahmud əl-Özkəndi əl-Fərqani (ərəb. فخر الدين قاضيخان; bilinmir, Özkənd – 1196) — hənəfi fəqihi, "Fətəva" adlı əsərin müəllifi. O, Hənəfi məzhəbindəki fiqh alimlərinin üçüncü təbəqəsindəndir.
| Fəxrəddin Qazıxan | |
|---|---|
| Doğum adı | الحسن بن منصور بن أبي القاسم محمود بن عبد العزيز الأُوْزجَنْدي |
| Doğum tarixi | bilinmir |
| Doğum yeri | |
| Vəfat tarixi | 1196 |
| Elm sahəsi | Hənəfi məzhəbi |
Bioqrafiyası
Özkənddə anadan olmuşdur. Üləma ailəsinə mənsubdur. Ləqəbi "Qazıxan"dır.
Fəxrəddin Qazıxan Zahirəddin Həsən ibn Əli əl-Mərğinani, Əbu İshaq əs-Səffar, Əbu İshaq Nizaməddin İbrahim ibn Əli əl-Mərğinani və başqalarına tələbəlik etmişdir.
Əl-Kərdəri, Mahmud əl-Həsiri, Məhəmməd əl-Fərqni və başqaları ona tələbəlik etmişdir.
Fəxrəddin Qazıxan hicri 592-ci (1196) ildə vəfat etmişdir.
Digər əsərləri isə "Şərhul-Cəmiis-səğir", "Şərhüz-Ziyadat", "əl-Əmali", "Şərhu Ədəbil-qadi lil-Xəssaf", "əl-Vəqiət", "əl-Məhadir" və "Şərhul-Cəmiil-kəbir"dir.
Həmçinin bax
- Hənəfilərin siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəxrəddin Qazıxan haqqında məlumat. Fəxrəddin Qazıxan nədir? Fəxrəddin Qazıxan nə deməkdir?