Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-c

Fərrux (Dərəçiçək)

  • Ana Səhifə
  • Vikipediya
  • Fərrux (Dərəçiçək)

Fərrux — İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənd.

Fərrux
40°35′04″ şm. e. 44°45′12″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Fərrux xəritədə
Fərrux
Fərrux
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində yerləşirdi. Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000 ağçadan ibarətdir. İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır.

N.Məmmədov Fərrux kəndinin adının həm Fərrux, həm də Fərruk formalarında göstərir. Kəndin adının Fərruk formasında göstərilməsi ola bilsin texniki səhvdir. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Farux formasında qeyd edilir. Fərrux kənd adının rus mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.

B.Ə.Budaqov və Q.Ə.Qeybullayev yazırlar ki, İrəvan xanlığının Dərəçiçək mahalındakı Fərrux kəndində XIX əsrdə ermənilərin sayı çoxalmış və kənddə yaşayan azərbaycanlılar sıxışdırılaraq çıxarılmışdır. Kənddən çıxarılan azərbaycanlılar Qarabağın Xocalı rayonuna gələrək Fərrux kəndini salırlar.

İ.Bayramov kəndin tarixi ilə bağlı yazır:

“Kənddə əvvəllər azərbaycanlılar yaşamışdır. Sonra bura ermənilər köçürülmüş və azərbaycanlılar sıxışdırılmışdır.1897-ci ildə kənddə 10 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə baş verən erməni-azərbaycanlı muharibəsi nəticəsində 1906-cı ildə azərbaycanlılar tarixi toraqlarından qovulmuş və kənddə yalnız ermənilər yaşamağa başlamışlar. Burada bir faktı qeyd etmək yerinə düşər. Belə ki, İ.Bayramovun “kənddə əvvəllər azərbaycanlılar yaşamışlar” fikri həqiqətə uyğundur. XVIII əsr mənbələrindən olan “İrəvan əyalətinin icmal dəftəri”ndə göstərilir ki, kənd Hacı Süleyman oğluna məxsusdur. Digər tərəfdən kəndə həqiqətən ermənilər XIX əsrin əvvəllərindən, yəni 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürülmüşdür. İ.Şopenin əsərindən görürük ki, XIX əsrin əvvəllərində, yəni 1828-ci ildə 156 erməni Türkiyədən köçürülüb Fərrux kəndinə yerləşdirilmişdir.

B.Ə.Budaqov, Q.Ə.Qeybullayev və İ.Bayramov Fərrux toponiminin şəxs adı ilə bağlı yarandığını göstərirlər. Biz də bu fikirdəyik. Görünür, kəndi Fərrux adlı şəxs salmışdır. İrəvan xanlığının Dərəçiçək mahalı ərazisindəki Fərrux kənd adı ilə Azərbaycanın rayonundakı Farux kənd adı mənşəcə eynidir və şəxs adı ilə bağlı yaranmışdır. Lakin Xocalı rayonu ərazisində yerləşən Farux toponiminin mənşəyi ilə bağlı müxtəlif fikirlər var. 1999-cu ildə nəşr olunmuş Azərbaycan toponimləri lüğətində Xocalı rayonunda olan Farux kənd adının Farux şəxs adı ilə bağlı yarandığı göstərilir. Lakin 2007-ci ildə nəşr olunmuş Azərbaycan toponimləri (I cild) kitabında qeyd edilir ki, oykonim 1907 və 1918-ci illərdə fəaliyyət göstərmiş müxtəlif millətlərin zəhmətkeşləri arasında beynəlmiləlçiliyi möhkəmləndirmək məqsədi güdən Faruq (hərfi mənası ədalət tərəfdarı) sosial–demokratik qrupun adı ilə bağlı ola bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fərrux (dərəçiçək) sözünün mənası, fərrux (dərəçiçək) haqqında məlumat. fərrux (dərəçiçək) nədir? fərrux (dərəçiçək) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xavəran

  • Mart 07, 2026

    Santa-Mariya-del-Fiore

  • Mart 01, 2026

    Bənövşəyi ürək

  • Fevral 27, 2026

    Lemurlar

  • Mart 01, 2026

    Soya burnu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst