Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan b

Fərqanə hadisələri

  • Ana Səhifə
  • Vikipediya
  • Fərqanə hadisələri

Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır.

Fərqanə hadisələri
Əsas münaqişə: Sovet Sosialist Respublikaları İttifaqının dağılması
Ümumi məlumatlar
40°54′03″ şm. e. 71°45′28″ ş. u.HGYO
Yeri Fərqanə, Özbəkistan SSR
Hücumun hədəfi Axısqa türkləri
Tarix
  • 1–5 iyun, 1989

Hadisə

1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.

Fərqanə hadisələri 1989-cu ilin 1 iyun tarixində başlamışdır. Fərqanə bölgəsində yerləşən bazarlarda yerli özbək və axısqalı gənclər arasında başlanmış davaların hadisələrə təkan verdiyi ehtimal olunmaqdadır. Yerli jurnalistlərin sözlərinə görə özbəklər ararsında, Axısqa türklərinin özbək qadınlarına təcüvüz etdiyi, özbəklərə məxsus dükkan və digər daşınmaz əmlaklara zərər vurduqları iddiaları səsləndirilmişdir və bütün baş verənlər say baxımdan daha çox özbəklərin, axısqalılara qarşı poqrom başlatması ilə nəticələnmişdir. Başladılmış poqrom 4 gün müddətində davam etmiş və hadisələr nəticəsində ən azı 20 nəfərin öldürüldüyü ehtimal olunmaqdadır. Münasibətlərin daha da gərginləşməsindən və poqromun, daha geniş bir qətliama çevirilməsindən narahat olan axısqa türkləri bölgəni tərk etmək qərarı vermişdilər.

Hadisələr nəticəsində Özbəkistan Sovet Sosialist Respublikasında yaşamış 100 minə yaxın axısqa türkü Azərbaycan Respublikası başda olmaqla digər yaxın dövlətlərin ərazilərinə sığınmışdır. Bu gün Azərbaycan Respublikasının ərazisində yaşayan axısqa türklərinin əsasən Fərqanə hadisələrindən qaçmış insanlardan təşkil olunmuşdur. Baş vermiş hadisələrin əsas səbəkları və təşkilaçısı kimi müxtəlif mənbələr tərəfindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi göstərilsə də, bu iddia heç vaxt sübuta yetirilməmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fərqanə hadisələri haqqında məlumat. Fərqanə hadisələri nədir? Fərqanə hadisələri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tarakankimilər

  • Fevral 27, 2026

    Şopliftinq

  • Mart 01, 2026

    Sülü Çiançü

  • Fevral 25, 2026

    Kvestor

  • Fevral 24, 2026

    Ceyms Qandolfini

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst