Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fəqam Kəsəmənli, Fəhəm Kəsəmənli (Fəqam Paşa oğlu Kəsəmənli; 19 aprel 1932) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Politexnik Un

Fəqam Kəsəmənli

  • Ana Səhifə
  • Vikipediya
  • Fəqam Kəsəmənli

Fəqam Kəsəmənli, Fəhəm Kəsəmənli (Fəqam Paşa oğlu Kəsəmənli; 19 aprel 1932) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Politexnik Universitetinin eksperimental fizika kafedrasının professoru., nobelşünas alim, "Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi", "Əməkdar professor". “Əmək veteranı” medalı, “SSRİ ixtiraçısı”, “Əməkdə əla nailiyyətlərə görə” ilə təltif olunmuşdur. Paşa bəy Kəsəmənlinin oğludur. Qıraq Kəsəmən kəndindəndir, Gəncə şəhərində anadan olub.

Fəqam Kəsəmənli
Doğum tarixi 19 aprel 1932(1932-04-19) (93 yaş)
Doğum yeri
  • Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ
Elm sahəsi yarımkeçiricilər fizikası[d]
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
İş yeri
  • Sankt-Peterburq Politexnik Universiteti
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Əmək veteranı" medalı

Mündəricat

Həyatı

Fəqam Kəsəmənli 1932-ci ildə Gəncə şəhərində doğulmuşdu. Əslən Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindəndir. Fəqam bəy 1939-cu ildə məktəbdə oxumağa başlayır. 1942-ci ilin payızında o, ailəsi ilə birlikdə Qazax şəhərinə, 1944-cü ildə isə Bakıya köçür. 1949-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olur.

O, ali təhsil almaqla yanaşı, 1952-ci ilin payızından Bakının Sabunçu qəsəbəsindəki 58 saylı axşam məktəbində fizika və riyaziyyat müəllimi işləməyə başlayır. 1954-cü ilin avqustundan Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun istilik fizikası laboratoriyasında baş laborant vəzifəsində çalışmağa başlayan tələbə F.Kəsəmənli həmin laboratoriyada diplom işini yerinə yetirir, 1955-ci ilin mayında həmin diplom işini "əla" qiymətlə müdafiə edir, universiteti yetkin bir fizik kimi bitirir.

Ailəsi

Fəqam Paşa bəy Kəsəmənlinin oğludur. Azərbaycanın əski bəylərinin nəslindəndir. Ailədə dörd oğuldan ikincisi Fəqam olub.

Təltif və mükafatları

  • “Əmək veteranı” medalı,
  • “SSRİ ixtiraçısı”,
  • “Əməkdə əla nailiyyətlərə görə”,
  • “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi”

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəqam Kəsəmənli haqqında məlumat. Fəqam Kəsəmənli nədir? Fəqam Kəsəmənli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Biləcik ili

  • Fevral 27, 2026

    Devid Yum

  • Fevral 26, 2026

    Karnataka

  • Fevral 27, 2026

    BTR-70

  • Mart 01, 2026

    Paralimpiya Oyunları

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst