Eyvaz Mövsüm oğlu Hüseynov (15 fevral 1959, Muğanlı, DQMV) — Azərbayacan Respublikası Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Birinci Qarabağ müharibəsi veteranı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi iştirakçısı.
| Eyvaz Hüseynov | |
|---|---|
Vəzifədədir | |
| 2 iyul 1992-ci ildən | |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 fevral 1959 (67 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | dövlət xadimi |
| Hərbi xidmət | |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi Aprel döyüşləri İkinci Qarabağ müharibəsi |
| | |
| Təltifləri | |
Həyatı və təhsili
Eyvaz Hüseynov 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd tam orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun "Elektron hesablayıcı maşınları" fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir.
Ailəsi
Ailəlidir, 3 övladı var.
Fəaliyyəti
Əmək fəaliyyəti
1981-ci ildə Bakı radio zavodunda mühəndis, 1988-ci ildə Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda Baş mühasib, 1990-cı ildə Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Birinci Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. Torpaqların müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmışdır. Xocavənd istiqanətində aparılan bir çox döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 2016-cı il Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikasının nüfuzlu kütləvi informasiya vasitələrində, ictimai siyasi mövzuda araşdırma xarakterli məqalələri dərc olunmuşdur.
Təltifləri
- Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Filmoqrafiya
- Ruhum qarabağlıdır (film, 2012)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eyvaz Hüseynov haqqında məlumat. Eyvaz Hüseynov nədir? Eyvaz Hüseynov nə deməkdir?