Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Evangelista Torriçelli (it. Evangelista Torricelli; 15 oktyabr 1608[…], Roma, Papa dövləti – 25 oktyabr 1647[…], Florensiya, Böyük Toskana hersoqluğu[…]) — XVII

Evangelista Torriçelli

  • Ana Səhifə
  • Vikipediya
  • Evangelista Torriçelli

Evangelista Torriçelli (it. Evangelista Torricelli; 15 oktyabr 1608[…], Roma, Papa dövləti – 25 oktyabr 1647[…], Florensiya, Böyük Toskana hersoqluğu[…]) — XVII əsrdə yaşamış italyan fizik və riyaziyyatçı. Torriçelli 1643-cü ildə hava təzyiqini ölçmək üçün civəli barometr cihazını icad etmişdir.

Evangelista Torriçelli
(it. Evangelista Torricelli)
Doğum tarixi 15 oktyabr 1608
Doğum yeri Feanza, İtaliya
Vəfat tarixi 5 oktyabr 1647 (38 yaşında)
Vəfat yeri Florensiya, İtaliya
Vəfat səbəbi ehtimal ki, tif qızdırması[d]
Dəfn yeri
  • San-Lorentso bazilikası[d]
Milliyyəti İtalyan
Təhsili
  • Sapientsa (1626–1632),
  • güm. (1624–1626)
Fəaliyyəti İxtiraçı, alim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq vaxtlarından dəqiq elmlərə maraq göstərməyə başlamışdır. 1627-ci ildə Roma şəhərinə getmiş və burada hidravlika elminin banilərindən olan Benedetto Kastelli ilə birlikdə işləmişdir. Benedetto Kastelli Qalileo Qalileyin tələbələrindən bir idi və Evangelista Torriçelli də 1641-ci ildən etibarən Qalileo Qalileylə məktublaşmağa başlamışdır. Həmin ildə Kastellinin məsləhətlərindən sonra Qalileo Qaliley Evangelista Torriçellini Toskana şəhərinə dəvət etdi. Torriçelli Toskana şəhərinə gəldikdən, bir neçə həftə sonra Qalileo Qaliley vəfat etdi. Toskana knyazı şəhərdə elmi işlərlə məşğul olmağı Qalileo Qalileyə tapşırmışdı, onun ölümündən sonra bu vəzifəyə Evangelista Torriçelli gətirildi. 1644-cü ildə Torriçelli tərəfindən Həndəsə və Mexanika bölmələrinə aid olan bir kitab nəşr edildi.

Riyaziyyat sahəsində olan böyük bir boşluğu dolduran bu kitabda, eyni zamanda Qalileo Qalileyin mexanika sahəsində olan iki işi də yer almışdır. Torriçellinin həndəsə və mexanika sahəsində olan fəaliyyətinə ilk dövrdə heç kim önəm vermirdi. Onun əsas məqsədlərindən biri hava təzyiqini ölçmək üçün cihaz ixtira etmək idi. O, ilk dəfə olaraq hava təzyiqini şüşə qablara doldurulmuş civə vasitəsilə etmək qərarına gəlmişdir. Bununla da dəniz səviyyəsində 1 sm²-ə düşən təzyiq 1033 q/sm² olaraq müəyyən edildi. Həyatının sonrakı dövründə müəllimi olmuş Qalileo Qalileyin teleskopunun üzərində işləmişdir. 1643-cü ildə Evangelista Torriçelli hava təzyiqini ölçmək üçün civəli barometri kəşf etdi.

Evangelista Torriçelli 1647-ci ilin 5 oktyabr tarixində Florensiyada 38 yaşında vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, evangelista torriçelli sözünün mənası, evangelista torriçelli haqqında məlumat. evangelista torriçelli nədir? evangelista torriçelli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Əl-Ədl

  • Fevral 27, 2026

    Aspirant

  • Mart 02, 2026

    Məhəmmədəli Fərzanə

  • Fevral 27, 2026

    Davranış

  • Mart 02, 2026

    Edmund Felps

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst