Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; 14 iyul 1966, İpnari, Dmanisi rayonu) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi.

Etimad Başkeçid

  • Ana Səhifə
  • Vikipediya
  • Etimad Başkeçid

Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; 14 iyul 1966, İpnari, Dmanisi rayonu) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi.

Etimad Başkeçid
Etimad Murtuz oğlu Başkeçid
Doğum adı Etimad Muradov
Təxəllüsü Etimad Başkeçid
Doğum tarixi 14 iyul 1966(1966-07-14) (59 yaş)
Doğum yeri
  • İpnari, Dmanisi rayonu, Gürcüstan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
İxtisası filoloq
Fəaliyyəti yazıçı, hekayə yazıçısı[d]
Əsərlərinin dili azərbaycanca
Janrlar şeir, hekayə
Mükafatları Prezident təqaüdçüsü (2008-2009)
bashkecid.blogspot.com

Mündəricat

Həyatı

Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır.

2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir.

2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.

Çox sayda publisistik məqalənin, bir neçə elmi məqalənin, bir çox bədii və elmi kitabın redaktoru və önsözünün müəllifidir.

Rus və türk dillərini bilir.

Evlidir. İki oğlu var.

Kitabları

  • Panoptikum (şeirlər və hekayələr)
  • Y.Polyakov. Süddə çəpiş.
  • L.Anninski. Ceviz ləpəsi.
  • S.Kinq. Ölü zona.
  • V.Jirmunski. Xalq qəhrəmanlıq eposu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Etimad Başkeçid haqqında məlumat. Etimad Başkeçid nədir? Etimad Başkeçid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İbn əl-Cəzəri

  • Fevral 27, 2026

    Sahil (coğrafiya)

  • Fevral 25, 2026

    Qapıcıq (dağ)

  • Fevral 27, 2026

    Konstantin sülaləsi

  • Fevral 27, 2026

    Hominidlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst