Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ammiak iyi verən rəngsiz maye, nəmli hava ilə əlaqədə tüstülənir . T qay. 116.5 oC, T ər. 8.5 oC, sıxlıq 0.899 q/sm3 (20oC). Etilendiamin suda yaxşı həll olur (

Etilendiamin

  • Ana Səhifə
  • Vikipediya
  • Etilendiamin

Etilendiamin (1,2-diaminoetan) H2NCH2CH2NH2 – amin sinfinə aid üzvi maddədir.

Etilendiamin
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı etilendiamin
Kimyəvi formulu C2H8N2
Fiziki xassələri
Molyar kütlə 60.1 q/mol
Sıxlıq 0,899 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 11 °C
Qaynama nöqtəsi 117-119 °C
Partlama həddi 2,5 % (V/V)
Buxarın təzyiqi 1.466,55 Pa
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti p K a {\displaystyle pK_{a}} {\displaystyle pK_{a}} 9,98
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,4565
Təsnifatı
CAS-da qeyd. nöm. 107-15-3
PubChem 3301
EINECS-də qeyd. nöm. 203-468-6
SMILES
 
  • C(CN)N
InChI
 
  • InChI=1S/C2H8N2/c3-1-2-4/h1-4H2
    PIICEJLVQHRZGT-UHFFFAOYSA-N
RTECS KH8575000
ChEBI 30347
BMT nömrəsi 1604
ChemSpider 13835550
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Xassələri

Ammiak iyi verən rəngsiz maye, nəmli hava ilə əlaqədə tüstülənir . T qay. 116.5 oC, T ər. 8.5 oC, sıxlıq 0.899 q/sm3 (20oC). Etilendiamin suda yaxşı həll olur (məhlulun qızdırılması ilə), etanolda daha zəif, efirdə bir qədər pis, benzol və digər karbohidrogenlərdə isə heç həll olmur. Güclü əsasdır. Tərkibində iki aminoqrup olduğu üçün turşularla iki sıra duz əmələ gətirir. Bəzi metallarla (məsələn Cu, Mn, Co) kompleks birləşmələr əmələ gətirir. Etilendiamindinitrat qızdırıldıqda etilendinitraminə çevrilir ki, bu da partlayici maddədir. Kondensasiya reksiyasına girir: yüksək temperatur və təzyiqdə katalizator iştiraki ilə piperazinə, 1,2-diketonlarla - 2,3-dihidropirazinlərə; moçevina ilə reaksiyası zamanı – etilenmoçevinaya (2-imidazolinona) çevrilir.

Alınması

Etilendiaminin sənayedə alınmasının əsas metodu ammoniyakın dixloretanla qarşılıqlı təsiridir.

Bundan başqa onu monoetanolaminin ammoniyakla qarışığının katalitik hidratlaşmasından almaq olar. 150-230oC.

Etilendiaminin başqa metodlarla sintezinə etilenin ammoniyakla və ya formaldehidin ammoniyak sianohidrogenlə reaksiyası aiddir.

Toksikliyi

Toksikdir. Etilendiamin dərini və yuxarı nəfəs yollarını qıcıqlandırır. Onun buxarlarının atmosfer havasındakı son hüdudu 0.03 mq/m3, iş sahəsində 2 mq/m3, su hövzələrində isə 0.2 mq/m3.

Tədbiqi

Etilendiamindən onun xlorsirkə turşusu ilə təsirindən etilendiamintetrasirkə turşusunun alınması üçün istifadə edilir. Onun yağlı turşularla düzları tekstil sənayesində yümşaldıcı agent kimi , eyni zamanda etilendiamin rənglərin və emulqatorların, latekslərin, plastifikatorların, fungisidlərin stabilizatorlarının, dərman preparatlarının (suprastin, eufillin, ranitidin) istehsalında tətbiq olunur.

Ədəbiyyat

  • Зефиров Н.С. и др. т.5 Три-Ятр // Химическая энциклопедия. — М.: Большая Российская Энциклопедия, 1998. — 783 с. — ISBN 5-85270-310-9.
  • Кремлёв А. М., Менделеев Д. И.,. Этилендиамин // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  1. http://www.cdc.gov/niosh/npg/npgd0269.html.
  2. Hall H. K. Correlation of the Base Strengths of Amines 1 (ing.). // J. Am. Chem. Soc. / P. J. Stang ACS, 1957. Vol. 79, Iss. 20. P. 5441–5444. ISSN 0002-7863; 1520-5126; 1943-2984 doi:10.1021/JA01577A030
  3. CRC Handbook of Chemistry and Physics (ing.). / W. M. Haynes 97 Boca Raton: 2016. P. 3–244. ISBN 978-1-4987-5428-6

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, etilendiamin sözünün mənası, etilendiamin haqqında məlumat. etilendiamin nədir? etilendiamin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kulfi

  • Mart 06, 2026

    Edin Ceko

  • Mart 01, 2026

    Gürcüstan hökuməti

  • Mart 01, 2026

    S:Müəllif:Məlikballı Qurban

  • Mart 06, 2026

    İnzibati akt

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst