Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Estersund (isv. [œstəˈʂɵnd]) — İsveçdə beşinci ən böyük gölü olan Sturşenin (isv. Storsjön) sahilində, İsveçin mərkəzində yerləşən şəhər, eyniadlı kommunanın və

Estersund

  • Ana Səhifə
  • Vikipediya
  • Estersund

Estersund (isv. [œstəˈʂɵnd]) — İsveçdə beşinci ən böyük gölü olan Sturşenin (isv. Storsjön) sahilində, İsveçin mərkəzində yerləşən şəhər, eyniadlı kommunanın və Etmtland kommunasının mərkəzi.

Şəhər
Estersund
isv. Östersund
63°10′45″ şm. e. 14°38′09″ ş. u.HGYO
Ölkə İsveç İsveç
Len Etmland
Tarixi və coğrafiyası
Əsası qoyulub 1786
Sahəsi 27.28 km²
Mərkəzin hündürlüyü 312 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 52.686 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 831 XX
Digər
ostersund.se
Xəritəni göstər/gizlə
Estersund xəritədə
Estersund
Estersund
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərdə yerləşən üç şəhərcikdə (2006/2007) təxminən 15000 tələbə üçün nəzərdə tutulmuş Mərkəzi İsveç Universiteti var. 58.914 nəfərlik bir aqlomerasiya əhalisi ilə (dekabr 2008), Estersund İsveçdə əhali sayına görə 36-cı sırada yer alır.

Estersund və Frosen adalarının peykdən görüntüsü

Estersund Skandinaviyanın mərkəzində, İsveçin mərkəzində və Etmtland kommunasının mərkəzində yerləşir. Estersund, əslində, İsveçin mərkəzidir.

Bələdiyyə hakimiyyəti və şəhər sahibkarları arasında ortaq bir layihə çərçivəsində Estersund Vinterstaden - Qış Şəhəri olaraq təyin olunur.

Tarixi

Estersund, Emtland lenində ticarət inhisarı olaraq 1786-cı ildə quruldu. Şəhərin məqsədi mərkəzi hakimiyyət orqanlarının yerli fermerləri Estersunddakı vasitəçilərə əmtəə göndərməyə və qonşuları ilə birbaşa ticarət etməməyə məcbur etmək istəyi idi. Lakin bu təşəbbüs əhalinin dəstəyinə cavab vermədi və Estersund XIX əsrin sonlarına qədər kiçik bir şəhər olaraq qaldı, dəmir yolu tikintisi isə şəhərin inkişafına təkan verdi.

Estersund tarixi Etmtland əyalətinin mədəni və iqtisadi mərkəzi və ənənəvi ticarət və kommersiya mərkəzidir.

İdman

Estersund, müasir bir xizək stadionu və birbaşa şəhərdə xizək yarışı keçirilən qış idman mərkəzidir. Estersund, xizək, biatlon, sürətli konkisürmə, orientirinq, xizək sürmə və başqa bu kimi müxtəlif qış idman növləri üzrə mütəmadi olaraq dünya çempionatlarını və onun mərhələlərini keçirir.

Şəhər 1994, 1998, 2002 və 2014 Olimpiya Qış Oyunlarına iddiaçı idi, lakin bu günə qədər heç bir müraciət uğurlu alınmadı. Lakin, XX əsrin əvvəllərində Stokholmda qar olmaması səbəbindən Qış Olimpiya Oyunlarının sələfləri adlandırılan Şimali Avropa Oyunları Stokholmda bir neçə dəfə keçirildi.

1989, 1993, 1995-1997, 2000, 2002-2006, 2008-2017-ci illərdə Estersundda biatlon üzrə Dünya Kubokunun mərhələləri keçirilib. 2008-ci ildə və 2019-cu ildə isə bu idman növündə dünya çempionatı keçirilib.

2017-ci ildə tarixi uğur qazanan Estersundda eyni adlı bir futbol klubu var. Bu klub Norrkopinqi 4-1 məğlub edərək İsveç Kubokunu qazanmış və Avropa Liqasına vəsiqə qazanmış, burada 3 seçmə mərhələdən keçmiş və qrup mərhələsinə çıxmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, estersund sözünün mənası, estersund haqqında məlumat. estersund nədir? estersund nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Siyasi plüralizm

  • Fevral 27, 2026

    Göydərə (Culfa)

  • Fevral 27, 2026

    III Aleksandr

  • Fevral 27, 2026

    Hibətullah Sultan

  • Fevral 27, 2026

    Ölüm vadisi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst