Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Esterqon qalası — (macarca: Esztergomi vár) Macarıstanın paytaxtı Budapeşt şəhərinin 60 km şimal qərbində Dunay çayı sahilində yerləşən qala.

Esterqon qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Esterqon qalası

Esterqon qalası — (macarca: Esztergomi vár) Macarıstanın paytaxtı Budapeşt şəhərinin 60 km şimal qərbində Dunay çayı sahilində yerləşən qala.

Esterqon qalası
Esztergomi vár
Ölkə  Macarıstan
Yerləşir Budapeşt şəhərinin 60 km şimal qərbində Dunay çayı sahilində
Tikilmə tarixi XIII əsr
47°47′52″ şm. e. 18°44′12″ ş. u.HGYO
Xəritə
Estergon qalası (Macarıstan)
Nöqtə
Estergon qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Macarıstan və Osmanlı tarixində böyük bir əhəmiyyət daşıyır. XIII əsrin inşa edilən qala, Macarıstanın tarixində inşa edilmiş ilk əhəmiyyətli tikililərdən biridir. 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi olmuştur..

Osmanlı Dövləti ilk dəfə 1543-cü ildə o zaman avstriyalıların tabeçiliyində olan qalanı ələ keçirdilər. 1595-ci ildə Osmanlıların qala təslim etmək məcburiyyətində qalmasından sonra haqqında tarkülər oxunmuşdu.. 1605-ci ildə yenidən tutulan qala, 1683-cü ildə qəti olaraq Osmanlı hakimiyyətindən çıxdı. Günümüzdə bir turist mərkəzidir.

Mündəricat

Tarixi

Esterqon qalası, 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi idi. Kral IV Bela 1256-cı ildə paytaxtı Buduna köçürtdü və qala din xadimlərinin idarəçiliyinə verildi. Arxiyepiskopluq məqamının yerləşdiyi tikili, günümüzdə muzeydir.

Qala, 1530-cu ildə Avstriya Kralı Ferdinand tərəfindən zəbt edilib.

Osmanlılar tərəfindən ilk fəthi

Macar Kralı Yanoş Szapolyainin 1540-cı ildə ölümünün ardınca Avstriyalılar ilə Osmanlılar arasında Macarıstanın rəhbərliyi məsələsində bir rəqabət başladı. Daha əvvəl Budinu və Peşteyi fəth edən Osmanlı sultanı Qanuni Sultan Süleyman, 1543-cü ilin aprel ayının sonlarında Ədirnədən yola çıxdı və 29 iyul 1543-cü ildə ordusu ilə Esterqon qalasını mühasirəyə aldı.

Esterqon qalası, ilk dəfə 10 avqust 1543-cü ildə 12 günlük mühasirədən sonra Qanuni Sultan Süleymanın komandanlığı altındakı Osmanlı ordusu tərəfindən ələ keçirildi. Qalanın yerləşdiyi ərazi yeni bir bəylərbəylik halına gətirilərək Budin bəylərbəyliyi oldu.

İlk dəfə Osmanlı rəhbərliyindən çıxması

Qala, 4 avqust 1595-ci ildə Alman, Polşa və Venesiyalılardan ibarət böyük bir ordu tərəfindən mühasirəyə alındı. Sokolluzadə Lələ Mehmed Paşanın komandanlığındakı kiçik bir ordu qala müdafiə edirdi. Ancaq kömək gəlmdiyi üçün aclıq və susuzluq səbəbindən 2 sentyabr 1595-ci ildə təslim olmaq məcburiyyətində qaldı. Hadisəyə şəxsən şahidlik edən Osmanlı tarixçisi İbrahim Peçevi tərəfindən qeyd edilən müdafiə, Esterqon qalası Nəğməsinin ilham mənbəyidir.

Esterqon qalasının çevrəsi

İkinci dəfə Osmanlılar tərəfindən fəthi

Qalanı geri almaq istəyən Osmanlılar 1605-ci ildə yenidən qalanı mühasirəyə aldılar. Bu dəfə Sədrəzəm vəzifəsinə gətirilmiş olan Sokolluzadə Lələ Mehmed Paşa, bir aylıq mühasirədən sonra qalanı 3 oktyabr 1605-ci il tarixində ələ keçirdi. Qala bu tarixdən sonra 78 il daha Osmanlıların əlində qaldı.

Osmanlı idarəçiliyindən çıxması

1683-cü ildə Osmanlıların II Vyana mühasirəsinin uğursuzluğa uğramasından sonra Avropa dövlətlərinin Müqəddəs İttifaqı yaradaraq Macarıstanı Osmanlıların əlindən alması nəticəsində Esterqon qalası 1 noyabr 1683-cü ildə həmişəlik olaraq Osmanlı hakimiyyətindən çıxdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Esterqon qalası haqqında məlumat. Esterqon qalası nədir? Esterqon qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kabardin-çərkəz dili

  • Fevral 27, 2026

    IV David

  • Fevral 27, 2026

    Atropin

  • Fevral 27, 2026

    Boxum

  • Fevral 26, 2026

    Manuel Noryeqa

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst