Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublik

Ernst Ruska

  • Ana Səhifə
  • Vikipediya
  • Ernst Ruska

Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik.

Ernst Ruska
alm. Issac Kleiner‎
Doğum tarixi 25 dekabr 1906(1906-12-25)[…]
Doğum yeri
  • Heydelberq, Almaniya imperiyası
Vəfat tarixi 27 may 1988(1988-05-27)[…] (81 yaşında)
Vəfat yeri
  • Qərbi Berlin, Almaniya Federativ Respublikası
İş yerləri
  • Azad Berlin Universiteti,
  • Berlin Texniki Universiteti
Təhsili
  • Berlin Texniki Universiteti,
  • Münhen Texniki Universiteti
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası (1966)
Mükafatları Great Cross with Star and Sash of the Order of Merit of the Federal Republic of Germany
Fizika üzrə Nobel mükafatı — 1986
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1933-cü ildə Ernst Ruska tərəfindən hazırlanmış elektron mikroskop

Həyatı

Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi.

1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi.

1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı. Eyni zamanda, 1957-ci ildən təqaüdə çıxana qədər bu institutda və Berlin Texniki Universitetində professor vəzifəsində çalışdı.

1960-cı ildə Lasker mükafatını qazandı. 1986-cı ildə elektron optikası sahəsindəki bir çox uğurlarına görə Fizika üzrə Nobel mükafatının yarısına layiq görüldü: Herd Binniq və Henrix Rorer, "Skanlama tünel mikroskopunu dizayn etdiklərinə görə" mükafatın dörddə birini qazandılar. 1988-ci ildə Qərbi Berlində vəfat etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ernst ruska sözünün mənası, ernst ruska haqqında məlumat. ernst ruska nədir? ernst ruska nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaradərililər

  • Fevral 27, 2026

    Kulon qanunu

  • Mart 05, 2026

    Ərəb-İsrail müharibələri

  • Fevral 26, 2026

    Kluj-Napoka

  • Fevral 26, 2026

    Con Adams

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst