Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Erməni muflonu (erm. Հայկական մուֆլոն, haykakan muflon; fars. گوسفند وحشی ارمنی‎‎) və ya digər adları ilə Erməni qoyunu, Erməni vəhşi qoyunu, Erməni vəhşi qoyun

Erməni muflonu

  • Ana Səhifə
  • Vikipediya
  • Erməni muflonu

Erməni muflonu (erm. Հայկական մուֆլոն, haykakan muflon; fars. گوسفند وحشی ارمنی‎‎) və ya digər adları ilə Erməni qoyunu, Erməni vəhşi qoyunu, Erməni vəhşi qoyunu və ya Transqafqaz qoyunu (Ovis orientalis gmelini) — İran, Ermənistan və Azərbaycanın Naxçıvan bölgəsində endemik və təhlükədə olan məməli növü.

Erməni muflonu
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Erməni muflonu
Beynəlxalq elmi adı
  • Ovis gmelini gmelini Edward Blyth, 1841
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  509052
EOL  4447660

Mündəricat

Terminologiya

O. o. gmelini 2012-ci ildə Ermənistan markasında

Erməni muflonu ilk dəfə 1840-cı ildə Edvard Blit tərəfindən təsvir olunmuşdur. O, bu canlını 1774-cü ildə Samuel Qotlib Qmelin tərəfindən təsnif olunan Şərq qoyunu ilə eyniləşdirmişdir.

Yayılması və sayı

Erməni muflonuna şimal-qərbdə rast gəlinir. Erməni muflonları 1896 və 1906-cı illərdə Urmiya gölündəki Kobudan adasından Azərbaycandakı qubernatorlardan biri tərəfindən köçürülmüşdür. 1970-ci illərdə isə bu adadakı sayıları azalmışdır. 1970-ci ildə adada 3.500 muflon yaşadığı halda, 1973-cü ildə sayıları 1.000 olmuşdur. 2004-cü ildə isə İranın Zəncan ostanında Anguran Qoruma bölgəsində 1.658 erməni muflonu sayılmışdır. 2009-cu ilə olan məlumata görə Ermənistanda 200 muflon yaşayır.

Ermənistanda isə cənubda yerləşən Sünik mərzində rast gəlinir. (Daha az sayıda isə Ararat və Vayoc dzor mərzlərində)

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında isə sayılarının 200-300 olduğu güman olunur.

Yaşadığı mühit

Bu canlı əsasən orta və yüksək hündürlüklərdəki açıq sərt ərazilərdə, oval və dağlıq çöllərdə, qayalıq yarımsəhralarda, ot örtüklü yamaclarda və çəmənliklərdə yaşamağı sevir.

Yayı 6.000 metrə qədər hündülükdə, düz uzunmüddətli qarın aşağısında keçirirlər. Qışda onlar aşağı düşür və vadilərə qədər gələ bilərlər.

Onlar kiçik və ya da böyük sürülər şəklində yaşayırlar. Yayda qoca erkəklər tək yaşayır və ya ayrılmış qruplara qoşulur. 18 ilə qədər yaşaya bilərlər.

Qoruma tədbirləri

Erməni muflonu SSRİ Qırmızı kitabının I kateqoriyasında verilmişdi. Ermənistanda 1936-cı ildən ovlanması qadağan edilmişdir. 2011-ci ilə kimi Ermənistanda ovlanması 3 milyon dram (8.000 dollar) cəriməyə səbəb olurdu.

İranda ovlanması sentyabr-fevral ayları arasında qoruqların xaricində ancaq xüsusi icazə ilə mümkündür. Qoruqların daxilində ev heyvanlarının otlamasına sərt şəkildə nəzarət olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, erməni muflonu sözünün mənası, erməni muflonu haqqında məlumat. erməni muflonu nədir? erməni muflonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abeliophyllum

  • Fevral 27, 2026

    Mahir Zeyn

  • Fevral 27, 2026

    Qulat

  • Mart 02, 2026

    Şah Mənsur

  • Mart 06, 2026

    124 (ədəd)

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst