Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ereşkigal (şum. EREŠ. KI. GAL, ak. Ereš-ki-gal ) — qədim Mesopotamiya mifologiyasında yeraltı aləmin kraliçası, ölümün, taleyin və qaranlığın ilahəsidir. O, Kur

Ereşkigal

  • Ana Səhifə
  • Vikipediya
  • Ereşkigal

Ereşkigal (şum. EREŠ. KI. GAL, ak. Ereš-ki-gal ) — qədim Mesopotamiya mifologiyasında yeraltı aləmin kraliçası, ölümün, taleyin və qaranlığın ilahəsidir. O, Kurnugi adlanan yeraltı dünyada hökmranlıq edir. Ereşkigal ən çox İnannanın bacısı, Nergalın həyat yoldaşı, Namtarın anası və ölüm tanrılarının başçısı kimi tanınır.

Ereşkigal
Köhnə Babil dövrünə aid olan və Ereşkigalı təmsil edən "Gecə Relyef Kraliçası"
Köhnə Babil dövrünə aid olan və Ereşkigalı təmsil edən "Gecə Relyef Kraliçası"
Mifologiya Mesopotamiya dini, Şumer mifologiyası
Cinsi qadın
Atası Anu
Bacısı İştar
Əri Nergal
Digər mədəniyyətlərdə Əl-Lat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adının mənası

Ereşkigal adı Şumer dilində EREŠ. KI. GAL kimi yazılır və "Böyük yer kraliçası" deməkdir. EREŠ — xanım, KI — yer, GAL — Böyük mənalarını ifadə edir. Akkad dilində isə Ereš-ki-gal formasındadır, bu ad onun torpaqaltı dünyadakı mütləq hakimiyyətini ifadə edir.

Tarixi

Erkən dövr

Ereşkigal kultu e.ə III minilliyin əvvəllərində, Şumerlərin dövründə meydana çıxmışdır. Ən qədim mətnlərdə onun adı Ur, Eridu, Nippur və Kutha şəhərlərinin arxivlərində rast gəlinir. Bu dövrdə ölüm və axirət inancı əsasən təbii dövrlərlə – toxumun torpaqda ölməsi və yenidən doğulması ilə əlaqələndirilirdi. Ereşkigal bu mifoloji dövrü idarə edən ana obrazıdır.

Akkad və Assuriya dövrləri

Akkad imperiyası zamanı ilahənin funksiyaları genişləndi. Onun haqda olan miflər təkmilləşdirilərək akkad dilinə çevrildi. Nergal ilə evlənməsi məhz bu dövrdə daha sistemli əfsanəyə çevrilmişdir. Yeni Assuriya dövründə Ereşkigalın obrazı qorxulu, lakin ədalətli tanrıça kimi təqdim olunmağa davam etmişdir.

Əfsanələr

İnannanın yeraltı aləmə enməsi

Şumer miflərində ən məşhur əfsanələrdəndir. İnanna (sevgi və məhsuldarlıq ilahəsi), bacısı Ereşkigalın hökm sürdüyü Kurnugi aləminə enmək qərarına gəlir. Yeraltı aləmin yeddi qapısından keçərkən hər birində zinət əşyasını və güc simvolunu çıxarır. Sonda Ereşkigalın qapısına çılpaq və müdafiəsiz çıxır.

Ereşkigal onu öldürür və cəsədini asır. Ancaq Enki vasitəsilə yeraltı aləmə iki köməkçi göndərilir və İnanna həyata qaytarılır. Bu əfsanə həyat-ölüm-yenidən doğuluş dövranını simvolizə edir.

Nergal və Ereşkigal

Tanrıların məclisində Ereşkigal iştirak edə bilmir, çünki o yeraltı aləmdə qalır. Buna görə tanrılar onun adından hədiyyələri qəbul edə bilmək üçün bir elçi göndərməyə qərar verirlər.

Elçi rolunda Nergal seçilir, lakin onun yanında daha altı tanrı da gedir. Ereşkigal onları qəbul edir, lakin yalnız Nergal onun salamını qəbul etmədən ayağa qalxmır, bu hörmətsizlik sayıldığınına görə Ereşkigal onu öldürmək istəyir. Ancaq onun əzəməti və gücü ilahəni valeh edir. Ereşkigal ona onlarla birlikdə hökmranlıq etməyi təklif edir. Nergal öncə razılaşsa da, daha sonra gizlicə geri qayıdır.

Ereşkigal xəyanət hissi ilə tanrılar şurasına müraciət edərək Nergalın qanlı cəzasını tələb edir. Şura razılaşmasa da, Nergal özü yeraltı aləmə qayıdır. Ereşkigalın sarayına girir və onu zorla özünə tabe edir. Bundan sonra Ereşkigal Nergalı sevir, onunla evlənir və ona yeraltı aləmdə bərabər hökmranlıq verir.

Populyar mədəniyyətdə

Ereşkigal "Fate/Grand Order" oyununda və onun əsasında çəkilmiş anime adaptasiyasında personajlardan biridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ereşkigal haqqında məlumat. Ereşkigal nədir? Ereşkigal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şirvani Ədilli

  • Fevral 27, 2026

    Alban kilsəsi

  • Fevral 27, 2026

    Mozambik boğazı

  • Fevral 27, 2026

    İngiltərə bayrağı

  • Fevral 27, 2026

    Havana Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst