Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Enzo Ferrari 1898-ci ildə Modenada dünyaya gəlmişdir. O, artıq yeniyetmə yaşlarından qızğın avtomobil həvəskarı idi. Birinci Dünya müharibəsi illərində Ferrari

Enzo Ferrari

  • Ana Səhifə
  • Vikipediya
  • Enzo Ferrari

Enzo Ferrari (it. Enzo Anselmo Ferrari) — Ferrari şirkətinin təsisçisi.

Enzo Ferrari
Enzo Anselmo Ferrari
Doğum tarixi 18 fevral 1898
Doğum yeri Modena, İtaliya
Vəfat tarixi 14 avqust 1988 (90 yaşında)
Vəfat yeri Modena, İtaliya
Fəaliyyəti sahibkar, yarış avtomobili pilotu[d], sənayeçi
Fəaliyyət illəri 1918-ci ildən
Mükafatları Order of Merit for Labour "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Enzo Ferrari 1898-ci ildə Modenada dünyaya gəlmişdir. O, artıq yeniyetmə yaşlarından qızğın avtomobil həvəskarı idi. Birinci Dünya müharibəsi illərində Ferrari İtaliya ordusunda dəmirçi olmuşdur. Onun atası və böyük qardaşı (hər ikisinin adı Alfredo idi) 1916-cı ildə o zamanlar İtaliyada geniş yayılmış qripdən dünyalarını dəyişmişlər. Ferrari özü də 1918-ci ildə ciddi qrip pandemiyasına tutulmuş və buna görə də orduda xidmətindən azad edilmişdir.

Enzo Ferrari özünün parlaq karyerasına Birinci Dünya müharibəsinin sonunda başlayaraq, CMN (Costruzioni Meccaniche Nazionali) şirkətinin idman komandasının üzvü oldu. 1920-ci ildə onu pilot və sürücü-sınaqçı qismində Alfa Romeo şirkətinə götürdülər və Enso Ferrari özünün Skuderiya Ferrari adlı yarış komandasını yaratdı. Bu komandanın əsas vəzifəsi idman yarışlarında iştirak edən sürətli Alfa Romeo avtomobillərini təkmilləşdirmək idi. Komandanın emblemi şahə qalxmış at oldu. Bu atın təsvirini Enso Birinci Dünya müharibəsinin məşhur təyyarəçisi İtalyan pilotu Françesko Barakkanın təyyarəsinin göyərtəsində görmüşdü. Enzo Ferrari komandasi qatıldığı bütün yarışları qazandı.

1932-ci ilə qədər Enzo Ferrari yarışlarda iştirak etdi; ancaq oğlu Dino Ferrarinin doğumuyla yarışlardan ayrıldı və avtomobil fabrikasıda işləməyə başladı.FAbrikada Ferrari əsasən motorlarının güçsüzlüğü və yüngul sport avtomobillərin təkmilləşdirilməsi üzərində işləməyə başladı.Enzo Ferrarinin yarış ovtomobillərini yaratma bacarığı, onu Alfa Romeonun sport avtomobillər departementinin direktoru yapdı. Ancaq Enzo Ferrarinin imzaladiğı müqaviləyə əsasən,o Alfa Romeodan ayrildiqdan sonra onun dörd il ərzində avtomobil istehsal etməsi qadağan edilmişdi.

Enso Ferrari Alfa Romeo komandasında 1938-ci ilədək işlədi. İki il sonra o, Auto Avio Konstrutsioni adlı öz şirkətini yaratdı. Məhz orada Ferrari özünün "815" modelli ilk avtomobilini yaratdı. Bu model 8 silindrli 1,5 litr həcmli mühərriklə təchiz olunmuşdu.(O vaxtlar Ferrari avtomobilə öz adını verə bilməzdi, çünki "Alfa Romeo" ilə sazişə əsasən) 1940-cı ildə pilotlar Alberto Askari və Loratsio Ranqoni "815" modelində Mille Milya avtomobil yarışında iştirak etdilər, amma finişə çatmadılar.

İkinci dünya müharibəsi başladıqdan sonra Ferrari öz müəssisəsini Modenanın 20 kilometrliyində yerləşən Maranelloya köçürdü. 1944-cü və 1945-ci illərdə şirkət ingilis və amerikan aviasiyasının bir neçə bombardmanından salamat çıxdı. 1946-cı ildə zavodu yenidən quran Ferrari, avtomobillərin istehsalını qaydaya saldı.Ferrari avtomobil şirkəti rəsmən bu cür yarandı.

Şirkətin istehsal etdiyi ilk avtomobil Ferrari-125 GT modeli oldu. Bu modelin 12 silindrli, V formalı mühərrikinin həcmi 1497 kubsantimetr, qüvvəsi isə 72 at gücü təşkil edirdi. Bu modelin ardınca "125S", "159S", və "166" avtomobilləri hazırlandı. Bu avtomobillərə V12 mühərrikləri quraşdırılmış, aqreqatların silindrlər blokunun hər bir başlığı bir yuxarı bölüşdürücü val ilə təchiz olunmuşdu.

Enzo Ferrari 90 yaşında Modenada 14 Avqust 1988-ci ildə öldü.

Şəkilləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Enzo Ferrari haqqında məlumat. Enzo Ferrari nədir? Enzo Ferrari nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vladimir Polonski

  • Fevral 27, 2026

    Soltan Məmmədov

  • Fevral 27, 2026

    Ümumdünya irsi

  • Fevral 27, 2026

    Meri Kassat

  • Fevral 27, 2026

    Anadolu bəylikləri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst