Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Enriko İnsabato (it. Enrico Insabato; 21 sentyabr 1878, Boloniya – 6 mart 1963) — İtaliya şərqşünası, islamşünas, publisist, həkim və ictimai-siyasi xadim.

Enriko İnsabato

  • Ana Səhifə
  • Vikipediya
  • Enriko İnsabato

Enriko İnsabato (it. Enrico Insabato; 21 sentyabr 1878, Boloniya – 6 mart 1963) — İtaliya şərqşünası, islamşünas, publisist, həkim və ictimai-siyasi xadim.

Enriko İnsabato
it. Enrico Insabato
Doğum tarixi 21 sentyabr 1878(1878-09-21)
Doğum yeri
  • Boloniya, İtaliya
Vəfat tarixi 6 mart 1963(1963-03-06) (84 yaşında)
Elmi dərəcəsi
  • laureat[d]

Mündəricat

Həyatı

Həkim ailəsində anadan olub. Bolonyada baytarlıq və filologiya üzrə təhsil almışdır. 1897-ci ilin sonunda anarxistlərə qoşulub və "La Liberta" jurnalının nəşrində iştirak edib.

Daha sonra Enriko İnsabato İtaliya konsulluğu və İtaliya Daxili İşlər Nazirliyinin müşaviri olub. Öz kommersiya şirkətinin pərdəsi altında İtaliya hökuməti üçün müxtəlif hərbi və diplomatik tapşırıqlar yerinə yetirirdi. O, İtaliya-Türkiyə müharibəsi ərəfəsində Liviyadakı kəşfiyyatla məşğul olub.

E. İnsabato Misirdə yerli ruhani və dünyəvi ərəb liderləri ilə əlaqəli idi və ərəb məsələləri üzrə ekspert hesab olunurdu. Eyni zamanda o, Qahirədə Xristian Avropası ilə İslam Şərqi arasında körpü olmaq üçün nəzərdə tutulmuş "Il Convito" (1904–1913) jurnalını nəşr edirdi. Jurnal müstəmləkəçilik əleyhinə yönəldiyi üçün Britaniya hakimiyyəti tərəfindən bağlanmışdı.

Birinci Dünya müharibəsi illərində o, Ukrayna məsələsi ilə maraqlanmağa başlayıb.

1920–30-cu illərdə İtaliyanın Ukrayna ilə bağlı siyasi rəyinin formalaşmasında aparıcı rol oynayıb. O, İtaliya Xarici İşlər Nazirliyinin Ukrayna məsələsi üzrə məsləhətçisi və Ukraynaya həsr olunmuş bir sıra nəşrlərin redaktoru olub. 1930-cu illərdə dəfələrlə Ukrayna ərazisinə (xüsusən Qalisiyaya) gəlib. 1941-ci ildə Milanda Rikkardo Bondiolinin "Ukrayna — Çörək ölkəsi" adlı kitabı onun ön sözü ilə nəşr olunub.

İkinci Dünya müharibəsindən sonra İtaliya-Ukrayna Dostluq Cəmiyyətinin sədri olub.

Əsərləri

  • Der erlöschende Halbmond: türkische Enthüllungen. Frankfurt a/M., 1909.
  • La responsabilità morale e giuridica dei tubercolosi. Bologna: L. Beltrami, 1910.
  • Gli Abaditi del Gebel Nefusa e la politica islamica in Tripolitania. Roma: Tip. de l'Unione editrice, 1918.
  • L'Islam et la politique des Alliés. Paris: Berger-Levrault, 1920.
  • L'Ucraina e la Chiesa cattolica. Roma: Noi e l'Ucraina, 1933.
  • Ukraine: population and economy. New York: Ukrainian Press Service, 1938.
  • La collaborazione italo-araba e il Sudan. Roma: Danesi, 1950.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, enriko i̇nsabato sözünün mənası, enriko i̇nsabato haqqında məlumat. enriko i̇nsabato nədir? enriko i̇nsabato nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Xətai Təbrizi

  • Fevral 27, 2026

    Əyridərə

  • Fevral 27, 2026

    Vangelis

  • Mart 01, 2026

    Şorba

  • Fevral 27, 2026

    Populizm

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst