Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eneslər (özlərini enço, moqadi, pebay) — Samodi dillərində danışan az saylı xalq. Sayları 300 nəfərdən azdır. Öz dillərini qoruyub saxlaya bilmişdir. Qohum xalq

Eneslər

  • Ana Səhifə
  • Vikipediya
  • Eneslər

Eneslər (özlərini enço, moqadi, pebay) — Samodi dillərində danışan az saylı xalq. Sayları 300 nəfərdən azdır. Öz dillərini qoruyub saxlaya bilmişdir. Qohum xalqları: Nqanasanlar və Neneslər.

Eneslər
özlərini enço, moqadi, pebay
Ümumi sayı
265
Yaşadığı ərazilər
237 Rusiya Rusiya
26 Ukrayna
(2002)
Dili

Enes dili, Rus dili

Dini

Şamanizm, Provaslav

Qohum xalqlar

Nenlər, Nqanasanlar

Mündəricat

Adı

"Enes" adını onlara Q. N. Prokofev tərəfindən 1930-cu ildə vermişdir. "Enneçe" qədim sözündən götürülmüş və mənası insan deməkdir. Tundra enesləri özlərini "Somatu", Meşə enesləri "Pe-bay" adlandırırlar.

Sayı və yayılması

Eneslər (1913)

Eneslər Rusiya Federasiyasında 237 insan müəyyənləşmişdir. Onların 213 nəfəri Krasnoyarsk diyarı ərazisində yaşayırlar. Taymır Dolqan-Nenes rayonu ərazisində 197 enesdən cəmi 66 nəfəri (33,5 %) Enes dilini bilirlər

2002-ci il məlumatına görə Krasnoyarsk diyarının Potapovo qəsəbəsində 86 enes yaşayır.

Eneslər əsasən Yenisey çayının deltası boyunca yaşayırlar. Taymır Dolqan-Nenes rayonu ərazisində Dudinka şəhəri ətrafında və Ust-Avam qəsəbəsində cəmləşmişlər.

Tundra enesləri — Yayda Yenisey çayından Pura çayı ətrafı tundra ərazilərinə köçürdülər. Qışda isə Malaya Xeta və Pyasino gölü ətrafı ərazilərə köçürdülər. Bu etnik qrupun daxilində Somatu, Bay, Muqqadi adlı kiçik birləşmələr olmuşdur. Onlar özlərini somatu-oneyenneçe adlandırırdılar. Digər eneslər isə onları madu adlandırırdılar.

Meşə enesləri — Dudinka şəhərindən cənubda yerləşən meşəliklərdə köçəri həyat sürürdülər. Bu etnik qrupa Muqqadi, Yoçi və Bayların 7 qəbiləsi daxil olmuşdur.

Dil

XX əsrdə Enes dili Nenes dilinin bir dialekti hesab edilirdi. 1959 və 1979-cu illər siyahıya alınması zamanı onlar müstəqil xalq olaraq qiymətləndirilmirdi. Onları Neneslər və ya Nqanasanlar olaraq qeydə alırdılar. Enes dili Ural dillərinin Samodi dilləri qrupuna daxildir. Dil öz növbəsində iki dialektə böünür.

Enes dilində hazırda 150 nəfər danıışır. Bu dili bilənlər əsasən yaşlılardır. Onlar üçün ünsiyyət dili ya rus yada nenes dilidir. 2002-ci il məlumatına əsasən bu dildə cəmi 116 nəfər danışır. Bu isə dünyada yaşayan enesləri 49% təşkil edir. Ukraynada yaşayan (2001 il) 26 enesdən cəmi 18 enes dilini öz doğma dili hesab edir.

Məşğuliyyətləri

Maralçılıq əsas kənd təsərrüfatı sahəsi olmuşdur. Ailədə qadın əsas rol oynayırdı. Onların ailələri say baxımından elə də böyük olmurdu, səbəb isə uşaq ölümlərinin yüksək olması olmuşdur. Uşaq doğulan kimi ona ad qoyulurdu. Ad ya doğulan uşağın xarici görünüşü yada doğum şəraiti ilə bağlı olurdu.

Adətləri

Etnoqrafik araşdırmalar eneslərin. Onlar Çum adlanan evlərdə yaşayırdılar. Meşə eneslərinin geyimləri eneslərin ümumi geyimləri kimi qəbul edilir. Tundra eneslərinin geyimləri rəngarənglik baxımından fərqlənir. Bununla belə hazırda bu geyimlər geyinilmir.

Ədəbiyyat

  • Легенды и мифы Севера. — М.: Современник, 1985.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, eneslər sözünün mənası, eneslər haqqında məlumat. eneslər nədir? eneslər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kvant

  • Fevral 27, 2026

    Cursus honorum

  • Mart 06, 2026

    Covanni Vastola

  • Mart 03, 2026

    Chrome OS

  • Fevral 27, 2026

    İton kolleci

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst