Emireyts(Emirates,ing.)— Londonda, Holloveydə tikilmiş futbol stadionu. Ev sahibi Arsenal komandasıdır. Açılışı 2006-cı ilin iyulunda olmuşdur. 60.355 tamaşaçı tutumu olan stadion bu xüsusiyyəti ilə Old Trafforddan sonra İngiltərə Premyer Liqasının ən böyük ikinci stadionudur və bütün növlər arasında Londondakı Uembley və Tvickenhamdan sonra 4-cü böyük stadiondur. Stadionun plan və tikinti mərhələsində adının "Ashburton Grove" olması planlaşdırılırdı ancaq 2002-ci ilin oktyabrında stadionun adının haqqlarını Emirates Airlines satın alandan sonra stadion "Emirates" adlandırıldı. Stadionun inşası 430 milyon sterlinqə başa gəlib.
| Emirates | |
|---|---|
| |
![]() | |
| Tamaşaçı tutumu | 60.338 |
| Ev sahibi komanda | Arsenal FK |
| Rəsmi saytı | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emirates (stadion) haqqında məlumat. Emirates (stadion) nədir? Emirates (stadion) nə deməkdir?

