Emil Maqsud oğlu Qarayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.
| Emil Qarayev | |
|---|---|
| Emil Maqsud oğlu Qarayev | |
Vəzifədədir | |
| 14 iyun 2024-cü ildən | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR |
| Vətəndaşlığı | |
| Təhsili | Bakı Dövlət Universiteti |
| Rütbəsi | 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
Həyatı
Emil Qarayev 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.
2005-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr pilləsini, 2009-cu ildə isə "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisası üzrə magistr pilləsini bitirmişdir.
2005–2006-cı illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur.
Ailəlidir, iki övladı var.
Əmək fəaliyyəti
2006–2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009–2011-ci illərdə baş məsləhətçi, 2011–2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016–2019-cu illərdə isə vergi və hüquq məsələləri üzrə direktor vəzifəsində çalışmışdır.
2019-cu ilin may–iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul–avqust aylarında həmin departamentin baş direktorunun birinci müavini olmuşdur.
2019–2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin birinci müavini, 2020–2021-ci illərdə Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin birinci müavini, 2021–2022-ci illərdə isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifələrində çalışmışdır.
2022–2024-cü illərdə Dövlət Vergi Xidmətinin aparat rəhbəri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2024-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emil Qarayev haqqında məlumat. Emil Qarayev nədir? Emil Qarayev nə deməkdir?