Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Emil Əfrasiyab oğlu Məmmədov (27 iyun 1982, Bakı) — pianoçu, bəstəkar və musiqi prodüseri, ifa edtiyi janr caz, Klassik musiqi, Gospel , Azərbaycan Respublikası

Emil Əfrasiyab

  • Ana Səhifə
  • Vikipediya
  • Emil Əfrasiyab

Emil Əfrasiyab oğlu Məmmədov (27 iyun 1982, Bakı) — pianoçu, bəstəkar və musiqi prodüseri, ifa edtiyi janr caz, Klassik musiqi, Gospel , Azərbaycan Respublikasının əməkdar artisti 2011.

Emil Afrasiyab
Ümumi məlumatlar
Doğum adı azərb. Emil Əfrasiyab oğlu Məmmədov‎
Doğum tarixi 27 iyun 1982 (43 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, bəstəkar və musiqi prodüseri
Fəaliyyət illəri 2005 – h. h.
Janrlar caz, Klassik musiqi
Musiqi aləti piano
Təhsili Berkli musiqi kolleci
Üzvlüyü Azərbaycan Milli Konservatoriyanın Elmi Şurası, Vaqif Mustafazadə adına Fond
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20112011
t.me/emil_afrasiyab_offi…

Mündəricat

Həyatı

Emil Əfrasiyab oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk dəfə üç yaşında pianoda ilk uşaq melodiyasını ifa etmiş, caz musiqisinə 13 yaşından maraq göstərmişdir. 2000–2006-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfi), eləcə də ABŞ-nin Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil almışdır. Müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində (Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və s.) Azərbaycan musiqisini təmsil etmişdir. O, bir çox müsabiqələrin, o cümlədən 2011-ci ildə İsveçrədə beynəlxalq Montre caz pianoçuları müsabiqəsinin finalında çıxış edərək "Tamaşaçı rəğbəti" diplomuna layiq görülmüşdür. 2002, 2003 və 2004-ci illərdə Bakıda keçirilmiş "Caspian Jazz and Blues" caz festivallarında uğurla çıxış etmişdir. 2012-ci ildə Fransa kino xadimləri tərəfindən çəkilən "Aleksandr Düma Azərbaycanda" sənədli filminin musiqisini yazmağı fransız aktyoru Jerar Depardye Emil Əfrasiyaba təklif etmişdir.

Təhsili

1989-2000-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 2000–2006-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfini bitirib. 2012-ci ildə Bostona yola düşərək, Berkli Kollecində Məktəbində təhsilini davam etdirir və 2020 oranı bitirir. O, iki ixtisas (caz bəstəkarlığı və ifaçılıq) üzrə dərs alıb. Xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyət Festivallarının fəalıdır.

Fəaliyyəti

2004-2011 - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Gəngi” ansamblın direktoru

2014-ci ildə ABŞ-nin ən yaxşı musiqi kolleclərindən biri olan Berklee Musiqi Kollecində təhsil alan azərbaycanlı pianoçu Emil Əfrasiyab əlavə kollec təqaüdü qazanıb. 2015-ci ilin iyul ayln 15-də Festivallar Sarayında (Fransa) daha bir tədbir baş tutmuşdur - “Azərbaycan Musiqisi Gecəsi” . Konsert proqramında tanınmış caz ifaçısı, pianoçu Emil Əfrasiyab və onun qrupunun, eləcə də Azərbaycanın incəsənət ustalarının iştirakı ilə etno-caz parçaları təqdim olunub. 30 may 2020-ci il tarixində Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünü qeyd etmək üçün virtual olaraq toplaşdı. Fond tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə “Emillə nahar” adlı caz konsert proqramı hazırlayıb. “Emillə nahar” əsəri Emil Əfrasiyabın orijinal əsərlərini, xalq mahnılarının aranjimanlarını, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə və başqalarının əsərlərini əhatə edib. Leyla Babayeva-Əfrasiyabın ifasında virtual tamaşaçılar məşhur Azərbaycan mahnıları olan İbrahim Topçubaşovun “Na Baxtiyardır”, Tofiq Quliyevin “Yol Ayrıcında” və “Təz qal” mahnılarını dinləməkdən zövq aldılar. Müğənni dinləyiciləri və pərəstişkarlarını cəlb edən sakitləşdirici tembrli fərqli və zəngin səsə malikdir. Emil Əfrasiyab proqramı özünün orijinal bəstələri olan “İki dünya” və “Emildən Əzizə” ilə başlayıb bitirib. Birinci əsər Şərq və Qərb musiqisinin ənənələrini və mədəniyyətlərini özündə cəmləşdirir, ikincisi isə Emilin məşhur caz şahzadəsi Əzizə Mustafazadənin musiqiçiliyinə heyranlığını nümayiş etdirir.

2021 ildə Emil Əfrasiyab Berkli Musiqi Kollecini bitirib dərs deyən ilk azərbaycanlı oldu. Üstəlik, musiqiçiyə Berkli Musiqi Kollecində dərs deməyi təklif ediblər.

14 mart 2022-ci ildə İsrail-Azərbaycan münasibətlərinin bayramı Azərbaycan musiqiçiləri Emil Əfrasiyab və Leyla Babayeva-Afrasiyabın Azərbaycan və İsrail musiqilərinin heyranedici ifası ilə yekunlaşıb. 23-25 sentyabr 2022-ci ildə Emil Əfrasiyab Monterey Jazz Festivalında (ABŞ) keçirilən festivalda Azərbaycanı təmsil edib Monterey Caz Festivalı Kaliforniyanın Monterey şəhərində (ABŞ) keçirilən illik musiqi festivalıdır. 3 oktyabr 1958-ci ildə təsis edilmişdir.

Konsertlər

}}

Mükafatları

Emil Əfrasiyab Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 20 dekabr 2011-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.

9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emil Əfrasiyab haqqında məlumat. Emil Əfrasiyab nədir? Emil Əfrasiyab nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gochnatioideae

  • Fevral 27, 2026

    Cənnətül-müəlla

  • Fevral 27, 2026

    Marna (departament)

  • Fevral 27, 2026

    Rəqəmsal fotoqrafiya

  • Fevral 23, 2026

    Ceyms Kuk

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst