Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elşən Mansurov (Elşən Məmməd oğlu Mansurov; 30 dekabr 1962, Sumqayıt) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2020).

Elşən Mansurov

  • Ana Səhifə
  • Vikipediya
  • Elşən Mansurov

Elşən Mansurov (Elşən Məmməd oğlu Mansurov; 30 dekabr 1962, Sumqayıt) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2020).

Elşən Mansurov
Elşən Məmməd oğlu Mansurov
Digər adı Elşən Mənsurov
Doğum tarixi 30 dekabr 1962 (63 yaş)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti musiqiçi
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20202020 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20072007

Mündəricat

Həyatı

Elşən Mansurov 30 dekabr 1962-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonundandır.Konservatoriyada təhsil alıb (1985–1990). 2000-ci ildən Konservatoriyada kamança sənətinin sirlərini öyrədir. Bir müddət Alim Qasımovu müşayiət edib (1989–1997).

E.Mansurov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil almışdır.Təhsil aldığı illərdə Respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat olmuşdur.

1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1986-cı ildən başlayaraq xanəndə Alim Qasımovla birlikdə çalışmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur.

Bu ölkələrdən Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İspaniya, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İtaliya, Braziliya, İran, Türkiyə, Mərakeş, Tunis, Rusiya və s. göstərmək olar. Dəfələrlə Moskvada keçirilən Azərbaycan Mədəniyyət Günlərində, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq layihələrdə, Dövlət tədbirlərində iştirak etmişdir. 2000-ci ildə uşaqlardan ibarət "Azəri" muğam qrupunu yaratmışdır. 2000-ci ildə Almaniyanın Hanover şəhərində "Expo −2000"-də çıxış etmişdir.

2002-ci ildən Hollandiyada fəaliyyət göstərən Ümumdünya "Atlas" ansamblının üzvüdür. 2004–2006-cı illərdə "Azəri" muğam qrupu ilə bir sıra Avropa dövlətlərində konsertlərlə çıxış etmiş, 2005-ci ildə xanəndə Nəzakət Teymurovanın "Xarı Bülbül" muğam qrupunun tərkibində Yaponiyanın Naqoya şəhərində "Expo-2005"-də iştirak etmişdir.

2006-cı ildən "Əbədi muğam" layihəsində yaxından iştirak edir. UNESCO-nun Şirvanşahlar sarayında (Bakı, İçərişəhər) keçirilən muğam konsertlərinin və nəzərdə tutulan Azərbaycanın rayonlarında keçiriləcək muğamın təbliği layihəsinin koordinatorudur. 2007-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülmüşdür. 30 dekabr 2020-ci ildə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülüb.

Filmoqrafiya

  • Qəzəlxan (film, 1991)
  • Naməlum səs (film, 1997)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elşən mansurov sözünün mənası, elşən mansurov haqqında məlumat. elşən mansurov nədir? elşən mansurov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Kataloniya himni

  • Fevral 27, 2026

    Kidoniya

  • Fevral 27, 2026

    Amid

  • Fevral 28, 2026

    Peyk telefonu

  • Fevral 17, 2026

    Birləşmiş Krallıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst