Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elçin Ağaqulu oğlu Tağıyev (1 iyul 1989, Zəhmətabad, Puşkin rayonu – 1 oktyabr 2020, Goranboy rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının kapita

Elçin Tağıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Elçin Tağıyev

Elçin Ağaqulu oğlu Tağıyev (1 iyul 1989, Zəhmətabad, Puşkin rayonu – 1 oktyabr 2020, Goranboy rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının kapitanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Elçin Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1989
Doğum yeri Biləsuvar rayonu, Azərbaycan
Vəfat tarixi 1 oktyabr 2020 (31 yaşında)
Vəfat yeri Goranboy rayonu, Azərbaycan
Dəfn yeri Biləsuvar rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • H. Əliyev adına AAHM,
  • Silahlı Qüvvələrin TTM-i
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2011—2020
Rütbəsi
Kapitan
Döyüşlər

 • Qarabağ müharibəsi (2020)

    • Madagizin azad edilməsi
Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 20202020 "Suqovuşanın azad olunmasına görə" medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Tərcümeyi-halı

Elçin Ağaqulu oğlu Tağıyev 1989-cu il, iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.

1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb. 2004-cü ildə sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib və 2007-ci ildə oradan məzun olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 24 iyun 2011-ci il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 9 il ərzində motoatıcı taqım komandiri, qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi, motoatıcı bölüyün komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi - tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 1-də Goranboy rayonu istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Dəryanur adında 1 qızı, Tağı və Məhəmməd adında 2 oğlu var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elçin Tağıyev haqqında məlumat. Elçin Tağıyev nədir? Elçin Tağıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şimali Asiya

  • Fevral 27, 2026

    Polikarp Mdivani

  • Fevral 27, 2026

    Oynağanlar

  • Fevral 24, 2026

    Noğay dili

  • Fevral 27, 2026

    Sanqalan (kənd)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst